Lukaşenko: “Putin Kiyevdən Vatikan və İsrailin xahişi ilə geri çəkildi”

Lukaşenko: “Putin Kiyevdən Vatikan və İsrailin xahişi ilə geri çəkildi”
Kateqoriya məlum deyil
T

Belarus Prezidenti Aleksandr Lukaşenko 2022-ci ildə Rusiya qoşunlarının Kiyev istiqamətindən geri çəkilməsinin səbəblərindən danışıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin bu qərarı sülhün bərpasına yönəlmişdi və “müəyyən siyasi qüvvələrin və siyasətçilərin” müraciətlərindən sonra qəbul olunmuşdu.

“Yəqin ki, növbəti dəfə də — mən bunu bilirəm — həmin qüvvələr aldadıb. Bu, Vatikan idi. Təəccüblüdür ki, yəhudi lobbisi və israillilər də var idi. Onlar Zelenskinin adından bildirirdilər ki, hər şey qaydasındadır, sülhə gedirik, razılaşırıq. Digərləri də belə deyirdi”, — deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, əgər Rusiya hücumunu davam etdirsəydi, “orada nə Zelenski, nə də başqa biri qalardı”. O qeyd edib ki, Moskva sülh yolu ilə nizamlanmaya ümid edərək güzəştə getmişdi, lakin verilən vədlər yerinə yetirilmədi.

Belarus Prezidenti hesab edir ki, Donbasda məğlubiyyətdən sonra Ukraynanın vəziyyəti kritik olacaq.

“Əgər ruslar bu aqlomerasiyanı mühasirəyə ala bilsələr, Ukrayna qoşunlarının ciddi şəkildə möhkəmləndiyi həmin ərazidə onların günləri sayılı olacaq. Çünki Ukrayna Silahlı Qüvvələrinin əsas qüvvələri Donbasın bu hissəsində yerləşir. Onların günləri sayılıdır. Ukraynalılar bunu anlayırlar”, — deyə Lukaşenko vurğulayıb.

Siyasətçi həmçinin bildirib ki, Ukraynadakı münaqişə artıq 2026-cı ildə başa çata bilər. Onun sözlərinə görə, bu, bir neçə şəxsin siyasi iradəsindən asılıdır.

“Əgər belə bir iradə və istək varsa, bu müharibələrə elə bu il son qoymaq mümkündür”, — deyə o bildirib.

Lukaşenko əlavə edib ki, üç slavyan xalqı razılığa gəldikdən sonra Ukrayna münaqişəsinin nəticələrini birlikdə aradan qaldırmalı olacaq. Belarus lideri vurğulayıb ki, Ukraynadakı münaqişə ABŞ ilə İran arasındakı qarşıdurmadan daha mürəkkəbdir. Onun fikrincə, “bu problemlər yalnız danışıqlar masası arxasında həll oluna bilər”.

İnci

Sfera.az

PAYLAŞ