Logo

Böyük Britaniyada ağıllı eynəklərin istifadəsinə məhdudiyyət qoyula bilər

Böyük Britaniyada ağıllı eynəklərin istifadəsinə məhdudiyyət qoyula bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniya hökuməti ağıllı eynəklərin istifadəsinə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir. Buna səbəb həmin texnologiyanın qadınları gizli şəkildə videoya çəkmək üçün istifadə olunması ilə bağlı narahatlıqlardır.

Sfera.az xəbər verir ki, bunu Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Satvir Kaur İcmalar Palatasında çıxışı zamanı bildirib.

Nazir ağıllı eynəklərin müəyyən istifadəçilərə satışının qadağan oluna biləcəyinə işarə edib.

“Ağıllı eynəklərin faydaları onların yarada biləcəyi zərərlərlə müqayisə edilməlidir. Hökumət artıq müəyyən məkanlarda bu cihazların istifadəsini, eləcə də müəyyən istifadəçilərə satışını məhdudlaşdırmaq variantlarını araşdırır”, – deyə Kaur bildirib.

Nazir qeyd edib ki, ağıllı eynəklərdən videoçəkiliş üçün istifadə bəzi məkanlarda mövcud qanunların pozulmasına səbəb ola bilər. O, səhiyyə və təhsil sahələrində də bu texnologiyanın istifadəsinin araşdırıldığını diqqətə çatdırıb. Liberal Demokratlar Partiyasının deputatı Anna Sabine isə bildirib ki, bəzi qadınlar gecə əyləncələrindən sonra onların xəbəri və razılığı olmadan ağıllı eynək taxan kişilər tərəfindən çəkilmiş videolarının internetdə geniş yayıldığını aşkar edirlər.

“Bu cihazlar ictimai məkanlarda təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığını zəiflətmək potensialına malikdir. Eyni zamanda, razılıq məsələsi ilə bağlı mühüm suallar doğurur”, – deyə deputat vurğulayıb. Satvir Kaur ağıllı eynəklərin müsbət tərəflərinin də olduğunu qeyd edərək onların xüsusilə görmə məhdudiyyəti olan şəxslərin ətraf mühitdə hərəkət etməsinə kömək etdiyini bildirib.

“Meta” şirkətinin nümayəndəsi isə açıqlamasında bildirib ki, şirkətin kameralı ağıllı eynəklərinin ön hissəsində foto və video çəkilişi zamanı yanıb-sönən parlaq işıq mövcuddur. Bu işığı söndürmək mümkün deyil. İşıq örtüldükdə və ya ona müdaxilə edildikdə kamera avtomatik olaraq deaktiv olur.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR