Logo

Tesla "Cybertruck" istehsalını azaldır – Mask robotaksilərə üstünlük verir

Tesla "Cybertruck" istehsalını azaldır – Mask robotaksilərə üstünlük verir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikanın “Tesla” şirkəti süni intellekt və robot texnologiyalarına investisiyaları artırmaq məqsədilə “Cybertruck” elektrik pikaplarının istehsalını azaltmağı planlaşdırır.

Sfera.az bildirir ki, “Financial Times”ın məlumatına görə, şirkətin rəhbəri İlon Mask 2027-ci ilin ortalarından etibarən Texasdakı “Gigafactory” zavodunda “Cybertruck” istehsalının tədricən azaldılacağını açıqlayıb. Boşaldılacaq istehsal gücləri isə “Cybercab” robotaksilərinin buraxılışını artırmaq üçün istifadə ediləcək.

Mask bu barədə “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, şirkət gələn ilin ortalarından etibarən istehsal güclərini robotaksilərin istehsalına yönəltməyə başlayacaq.

Qeyd edək ki, “Tesla” 2024-cü ilin oktyabrında sürücüsüz hərəkət etmək üçün nəzərdə tutulan “Cybercab” robotaksisini təqdim edib. İlon Mask avtomobilin tam avtonom idarəetmə sisteminə malik olacağını və sahibkarlar üçün qiymətinin 30 min dollar təşkil edəcəyini bildirmişdi.

Bu qərar şirkətin maliyyə göstəricilərinin müzakirə olunduğu bir vaxta təsadüf edir. “Tesla”nın 2026-cı ilin üçüncü rübündə gəliri 28,05 milyard dollar olub. Bu göstərici analitiklərin gözləntilərini bir qədər üstələsə də, səhmdarlara aid xalis mənfəət 29 faiz azalaraq 787 milyon dollara düşüb. Azalmanın əsas səbəbləri arasında süni intellekt, avtonom idarəetmə və robot texnologiyalarına yatırımların artması göstərilir.

Digər tərəfdən, “Cybertruck” modelləri ilə bağlı texniki problemlər də gündəmdə olub. 2025-ci ilin oktyabrında avtomobilin növbəti geri çağırılması elan edilib. Bu dəfə 6197 avtomobil işıq panelləri və detalların bərkidilməsi ilə bağlı problemlərə görə geri çağırılıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR