2 dekabrın əhəmiyyəti – Köləlik müasir formada hələ də qalır
2 dekabr dünyada Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi qeyd edilir. Sfera.az xəbər verir ki, BMT-nin qərarı ilə təsis olunan bu gün müasir köləliyin müxtəlif formalarına – insan alveri, məcburi əməyə cəlb etmə, uşaqların istismarı, məişət köləliyi, erkən nikahlar və digər neqativ hallara qarşı mübarizəyə diqqət çəkmək məqsədi daşıyır. Mütəxəssislərin sözlərinə görə, qlobal çağırışlar fonunda müasir köləliyin yeni formaları ortaya çıxmaqda davam edir. İqtisadi