Məmur işə gəlmədən 10 il maaş alıb: Sonu necə oldu?

Küveytdə məhkəmə dövlət sektorunda əmək haqqı fırıldaqçılığı işi üzrə son illərdə ən ağır cəzalardan birini verib.
Sfera.az bildirir ki, ölkənin Kassasiya Məhkəməsi dövlət qulluqçusunu beş il həbs cəzasına məhkum edib. Məhkə on il işə gəlmədən qanunsuz əmək haqqı aldığına görə təxminən 1 milyon dollar cərimə ödəməyi əmr edib. Bu barədə Oddity Central məlumat verir.
İş materiallarına görə, kişi dövlət xidmətləri şöbəsində işləyib, lakin təxminən on ildir ki, heç bir vəzifə yerinə yetirməyib. İşdə olmamasına baxmayaraq, maaşı mütəmadi olaraq bank hesabına köçürülməyə davam edib və bu, son auditə qədər diqqətdən kənarda qaldı.
Qanun pozuntusunu aşkar etdikdən sonra hakimiyyət orqanları qanunsuz varlanma və dövlət vəsaitlərindən sui-istifadə ittihamları irəli sürübləe. İki məhkəmə əvvəllər məmura bəraət qazandırsa da, kassasiya məhkəməsi dəlilləri kifayət qədər hesab edərək əvvəlki qərarları ləğv edib.
Həbs cəzasına əlavə olaraq, məhkəmə qanunsuz əldə edilmiş 339.000 dolları geri qaytarmağı və məbləğin ikiqatını, ümumilikdə 1 milyon dollardan çox cərimə ödəmək qərarı da qəbul edib.
Yerli medianın məlumatına görə, bu sərt hökm Küveytin dövlət qulluğunda korrupsiya və sui-istifadə ilə mübarizə səylərinin bir siqnalıdır. Son illərdə ölkə hakimiyyəti ödənişlər üzərində nəzarəti fəal şəkildə gücləndirir və uydurma məşğulluq sxemlərinə qarşı mübarizə aparır.
Onu da qeyd edək ki, bu cür hallar tək deyil və yalnız Körfəz ölkələrində baş vermir. Bu ilin əvvəlində beynəlxalq media 16 il ardıcıl olaraq xəstəlik məzuniyyətində olan italyan müəllim, eləcə də 20 ildir əmək haqqını artırmadan ödədiyinə görə işəgötürənini məhkəməyə verən fransız qadın haqqında məlumat yayıb.
Aynil
