Kişi qadından böyük olsa yaxşıdır ya əksinə? - Psixoloqdan RƏY

Kişi qadından böyük olsa yaxşıdır ya əksinə? - Psixoloqdan RƏY
Kateqoriya məlum deyil
T

Bəzi hallarda cütlüklər arasındakı yaş fərqi cəmiyyət tərəfindən tənqid olunur. Xüsusilə qadın kişidən yaşca böyük olduqda bu münasibətlər daha çox müzakirə və qınaq obyektinə çevrilir.

 

Bəs yaş fərqi münasibətdə nə dərəcədə əhəmiyyət kəsb edir?

 

Sfera.az-a bu barədə açıqlama verən psixoloq Elgül Ağarzayeva bildirib ki, psixologiyada münasibətin sağlamlığı yaşdan çox, onun keyfiyyəti ilə müəyyən olunur:

 

 

“Yaş fərqi ilə bağlı yaranan qınaqlar isə əslində cəmiyyətin stereotiplərindən qaynaqlanır. Terapevtik baxımdan yaş fərqinin münasibətin uğurunda həlledici rol oynamadığı görünür. Münasibətdə ən vacib amillər emosional uyğunluq, həyat dəyərlərinin paralelliyi, qarşılıqlı rol gözləntiləri və psixoloji yetkinlikdir”.

 

Psixoloq çox vaxt cəmiyyətin yaş fərqinə əsaslanaraq müəyyən rollar formalaşdırdığını qeyd edib:

 

“Halbuki münasibətdə əsas olan psixoloji yetkinlik, məsuliyyət hissi və qarşılıqlı hörmətdir. Ümumilikdə cəmiyyətin qınağı münasibətin yox, mühitin problemidir. Elmi tədqiqatlar göstərir ki, münasibətdən məmnunluq emosional yaxınlıq və ünsiyyət mədəniyyəti ilə ölçülür. Yaş fərqi isə uzunmüddətli uyğunluğa təsir edən əsas determinant deyil. Başqa sözlə, yaş fərqi münasibət üçün risk faktoru deyil, sadəcə sosial müzakirə mövzusudur”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ