Cəmi 19 ədəd hazırlanan “iPhone 17 Pro” modelləri satışda – FOTO

Cəmi 19 ədəd hazırlanan "iPhone 17 Pro" modelləri satışda – FOTO
Kateqoriya məlum deyil
T

Dəbdəbəli texnoloji dizayn şirkəti “Caviar”, “iPhone 17 Pro” və “Pro Max” modelləri üçün hazırladığı yeni “Secret Love” kolleksiyasını rəsmən təqdim edib.

 

Hər biri əl işçiliyi ilə hazırlanan və cəmi 19 ədəd istehsal olunan bu eksklüziv telefonlar zərgərlik dəqiqliyində işlənməsi ilə seçilir.

 

Sfera.az xəbər verir ki, şirkətin rəsmi saytında yer alan məlumatlara əsasən, kolleksiyanın ən diqqətçəkən modeli “Emerald Tree”, dərin yaşıl rəngli dəri örtüyü, qızıl naxışları və kristal daşları ilə qış bayramlarını xatırladan lüks görüntü yaradıb. Seriyanın digər premium modeli “Fleur de Lumière” isə gümüşdən oyulmuş çiçək, sədəf örtük və 24 karatlıq qızıl işləmələr ilə daha çox sənət əsərini xatırladan dizayn təqdim edib.

 

Kolleksiyadakı digər modellər də karamel rəngli həqiqi dəri və qızıl örtüklü ürək fiqurları ilə ümumi zərifliyi tamamlayıb. Məhdud sayda istehsal olunan bu telefonlar artıq “Caviar”ın rəsmi saytında satışa çıxarılıb.

 

Modellərdən asılı olaraq qiymətlər 10200-13060 ABŞ dolları arasında dəyişir. Kolleksiya fərdi üsluba önəm verən və lüks aksesuarları sevən alıcılar üçün nəzərdə tutulub.

 

Bəsti Rəfizadə

Sfera.az

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ