Hitlerə aşiq olan bu qadın kim idi?

Britaniyanın "The Daily Mail" qəzeti Adolf Hitlerə ehtirasla aşiq olan və hətta 1939-cu ildə Britaniya Almaniyaya müharibə elan edərkən intihara cəhd edən Unity (Uniti) Mitfordun gizli gündəliyindən parçalar dərc etməyə başlayıb. Uniti Mitford varlı bir ailədən və Uinston Çörçillin həyat yoldaşının qardaşı qızı olub.
Sfera.az bildirir ki, Unitinin gündəliyi İkinci Dünya Müharibəsinin başlamasına, həm Baş nazir Uinston Çörçillin ailəsinə, həm də Britaniya Faşistlər Birliyinin qurucusu Osvald Mosli ilə əlaqəli olan Mitford ailəsinə işıq salır.
Uniti Mitfordun gündəliyindən parçalar 18 yanvarda dərc olunmağa başlayıb. İndi isə Britaniyada arxivlərdən digər sənədlərin də dərc olunmasının vacibliyini vurğulayırlar.
Uniti Mitford kimdir?
Mitford və onun beş bacısı - Nensi, Pamela, Diana, Cessika və Debora - müharibələrarası dövrdə Britaniya sosial səhnəsində ən çox danışılan debütantlar idilər və onlar haqqında şaiyələr heç vaxt bitmirdi. Bioqrafiyalarda, tamaşalarda və televiziya dramlarında Çörçillin həyat yoldaşı Klementinin əmisi oğlu Lord Redesdeylin bu altı qızı ilə bağlı qalmaqallar təsvir olunurdu. Onların qardaşı Tomas da mübahisələrin bir hissəsini təşkil edirdi. Belə ki, o da faşizmi və nasizmi dəstəkləyirdi. Nəticədə 1936-cı ildə Birmada Avropada döyüşməkdən imtina edərək vəfat etmişdi.
Lord Redesdeylin bütün övladları müxtəlif siyasi ideyalarla maraqlanırdılar. Uniti və böyük bacısı Diana nasist ideyalarının davamçıları idilər. Diana Benito Mussoliniyə heyran olan Britaniya Faşistlər Birliyinin qurucusu Ser Osvald Mosley ilə evlənmişdi. Diana hətta Mosleyə görə “Guinness” pivə brendinin qurucusu Baron Bryan Guinnesdən ayrılmış və oğlu Conatandan imtina etmişdi. Bu vaxt digər bacı Cessika kommunizmlə maraqlanırdı və hətta İspaniya Vətəndaş Müharibəsində Respublikaçılar tərəfində vuruşurdu. Məşhur yazıçı olan başqa bacı - Nensi, İkinci Dünya Müharibəsi zamanı nasistlərə qarşı vuruşan Azad Fransız hərəkatının zabiti ilə ehtiraslı bir münasibətdə idi.
Uniti Mitford 1935-ci ildən 1939-cu ilə qədər Almaniyada qalmasının gündəliyini saxlayır və (“Daily Mail” qəzetinin məlumatına görə) Hitlerlə görüşdüyü 139 hadisəni, onun əlini necə öpdüyünü və ya səhər saat 3-ə qədər onunla danışdığını yazırdı. Uniti Hitleri ilk dəfə 1933-cü ildə, bacısı Diana ilə birlikdə 400.000 nasistin qatıldığı Nürnberqdə keçirilən Fürer mitinqinə gedərkən görüb. Hətta o kumiri ilə ünsiyyət qurmaq üçün alman dilini də öyrənib.
Gündəlikdə onun Hitlerlə münasibətinin olduğuna işarə edilir və tarixçilər onun Hitlerdən hamilə olduğuna inanırlar.
"Əgər bu tapılmasaydı, tarixdə mühüm töhfə itirilmiş olardı"- deyə tarixçi Endryu Louni bildirib.
Qeyd edək ki, Endryu Louini 2021-ci ildə nəşr olunmuş "Xain Kral" adlı avtobioqrafiyanın müəllifidir. Burada VIII Eduardın taxtdan imtina etməsi, Nasist Almaniyası ilə əlaqələri, Çörçill-Hitler əlaqələrinin miqyası, Alman sənədlərinin dərc olunmasının qarşısını almaq cəhdləri ətraflı şəkildə təsvir edilir.
Londonda anadan olan Uniti Mitford Hitlerin daxili çevrəsinə o qədər dərindən inteqrasiya olmuşdu ki, hətta Hitler sevgilisi Eva Braunu münasibətləri ilə qısqandırdığı deyilir. Uniti Hitleri "çox şirin və şən" adlandırırdı.
Gündəliyindəki son qeyd 1 sentyabr 1939-cu il, Almaniyanın Polşaya hücum etdiyi və iki gün sonra müharibə elan edildiyi günə aiddir. Görünür, Britaniya ilə Nasist Almaniyası arasında müharibə ehtimalından narahat olan Uniti Münhenin İngilis Bağında özünü güllələyib. Güllə Unitinin beyninin sol yarımkürəsinə dəyib və içəridə qalıb. Uniti sonralar Böyük Britaniyaya qayıdıb və 1948-ci ildə 33 yaşında vəfat edib.
Qeyd edək ki, Unitinin Hitlerlə görüşdüyü restoran hələ də mövcuddur. İndi “Osteria Italiana” adlandırılan “Osteria Bavaria”, Münhenin mərkəzindəki işlək bir küçənin küncündə birinci dərəcəli italyan mətbəxi təqdim edən təvazökar bir müəssisədir.
1890-cı ildə açılan, taxta panelli divarları və ağ süfrələri ilə tarixi “Osteria”, demək olar ki, dəyişməz qalıb. Turistlər hələ də "Führerin süfrəsində" oturmağı xahiş edirlər. Vaxtilə Hitler burada qızardılmış alabalıq üzərində yoldaşları ilə "Almaniyanı necə xilas etmək" barədə müzakirə edirdilər.
Aynil


