Şirlər onu şöhrətə, ayı ölümə apardı: Akrobatın inanılmaz taleyi

Cek Bonavita 1904-cü ildə açılan əyləncə parkının aparıcı sənətçilərindən biri idi. Əvvəlcə bir şirin hücumuna məruz qaldıqda qolunu, sonra isə ağ ayının hücumuna məruz qaldıqda həyatını itirib.
Sfera.az faciəvi hekayənin təfərrüatlarını təqdim edir.
Tək qollu heyvan təlimçisi Cek Bonavita 20-ci əsrin əvvəllərində ağ ayı tərəfindən vəhşicəsinə öldürülməzdən əvvəl şirləri ram etməsi ilə məşhur idi.

Bonavita 1904-cü ildə açılan əyləncə parkının aparıcı akrobatlarından biri idi. Hətta karyerası ərzində 27 şirlə birlikdə qəfəsdə çıxış etmişdi.
Koni adasındakı “Dreamland”da çıxış edən Cek Bonavita cəsarəti ilə heyran qoyan bir ifaçı idi.

Sirkdə heyvan şoularından tutmuş ədəbsiz tamaşalara qədər hər şey nümayiş olunurdu. Bu müddət ərzində sirk minlərlə insanı qəbul edib.
Bu şou mərkəzində Lilliputiya kəndi də daxil olmaqla bir çox görməli yerlər və turistik yerlər nümayiş olunurdu.

Yohann Fridrix Gentner (Kapitan Cek Bonavita) 15 dekabr 1866-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində holland ailəsində anadan olmuşdu.

Kiçik yaşlarından cəsur və idmançı olan Bonavita sirk pionerlərinin çiçəklənmə dövründə uğurlu sirk akrobatına çevrilib.
Bonavitanın akrobatdan heyvan təlimçisinə keçidi olduqca sürətli olub.

Ümumiyyətlə, vəhşi heyvanların bir sənətkar tərəfindən öyrədiləcəyinə inanılırdı. Buna görə də, Bonavita tez bir zamanda sektora daxil olub və müntəzəm olaraq arenada şirlər ilə vaxt keçirirdi.

Cek Bonavita həm istedadı, həm də yaraşıqlı görünüşü ilə tamaşaçıları valeh etmişdi. Onun 180 santimetr boyu və tünd bığları təsirli görünüşünü tamamlayırdı.

Şirlər demək olar ki, Cek Bonavitanın əmrlərinə tabe olurdular. Bu səbəbdən çoxları onu hətta "Aslan Pıçıldayan" adlandırırdılar.
Lakin 31 iyul 1904-cü ildə dəhşətli bir hadisə baş verdi. Cek Bonavita Mulen Rujda açılış nitqini edərkən, şirlərdən biri qəfildən ona hücum etdi.
Həmin gecə iştirak edən Montqlyonlu şahzadə Rozali F. Mersi d'Argento çətiri ilə aslanı dürtmək üçün polad qəfəsə qaçıb. Amma bu, faydasız olub. Bonavitanın sol çiyni və qolu parça-parça olmuş, iki barmağı isə tamamilə kəsilmişdi.

Bonavita amputasiyadan imtina edirdi. Nəhayət, infeksiyadan ölüm riski olduğunu öyrəndikdə 1905-ci ilin fevral ayında amputasiyaya razı olub. Bu faciədən sonra Bonavita aprel ayında onu xilas etməyə gələn şahzadə ilə evlənib.
Lakin bu evlilik qısa ömürlü olub. Bonavita şahzadədən 1907-ci ildə boşanıb.
O, 1911-ci ilə qədər “Dreamland”də fəaliyyətini davam etdirib.
Daha sonra bir işçi təsadüfən qətran qutusuna təpik vuraraq yaxınlıqdakı işıqların partlamasına səbəb olub. Bütün əyləncə parkı alovlar içində qalıb.
Təəssüf ki, yanğında faciəvi şəkildə 60 heyvan ölüb. Bonativa şirlərini xilas etmək üçün yanğına doğru qaçsa da, cəhdi uğursuz olub.

“Dreamland” sözün əsl mənasında yerlə-yeksan olub. Lakin Bonavitanın karyerası bununla bitməyib.
Xoşbəxtlikdən, Bonavitanın istedadlarına Hollivudda böyük tələbat var idi. O sonradan heyvan təlimçisi, kaskadyor, aktyor və rejissor kimi geniş film karyerası qurdu.
Cek Bonavitanın ölümü də eyni dərəcədə faciəli idi.
19 mart 1917-ci ildə sirkdə ağ ayı ona hücum edərək, çənəsini sındırıb və üzünü parçalayıb. Hücum zamanı heyət yoldaşlarından biri ayıya üç dəfə atəş açsa da, heç bir nəticə verməyib.
Aynil
