"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İlham Mirzəyev
Aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. Sfera.az xəbər verir ki, aparıcı səhhəti ilə bağlı açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. “Allah üzümə baxdı, həkimə vaxtında gəldim. 65 yaşım var, hələ belə ağrı görməmişdim. Sinəm yanırdı, boğulurdum, nəfəs ala bilmirdim. Tez təcili yardım çağırdılar, məni həkimə çatdırdılar. Yolda mənə bütün müdaxilə olundu.