60 yaşında özünə heyran buraxdı - FOTO

Dünyaca məşhur aktrisa Salma Hayek 60 illik yubileyini qeyri-adi şəkildə qeyd edib.
Sfera.az xəbər verir ki, sentyabrın 2-də 60 yaşını tamamlayan “Frida” filminin ulduzu sosial media hesabında istirahəti zamanı çəkdirdiyi cəsarətli fotolarını paylaşıb.
Aktrisa paylaşdığı görüntülərdə okeanda çılpaq şəkildə üzərək kamera qarşısına keçib. Fotolardan birində Hayek suda gülərək əylənir, digər görüntüdə isə dənizdə belinə qədər suyun içində dayanaraq kameraya arxasını çevirir.
Paylaşım qısa zamanda izləyicilərinin diqqətini çəkib. Bir çox pərəstişkarı 60 yaşlı aktrisanın formada qalmasını və görünüşünü tərifləyib.
Hayek paylaşımına qısa olaraq “60 və minnətdaram” sözlərini yazıb.
Qeyd edək ki, aktrisa cəsarətli çimərlik fotoları ilə tez-tez gündəmə gəlir. Lakin o, adətən bu cür görüntülərdə bikini ilə kamera qarşısına keçir.
Firuz
Sfera.az








