Toyda taxılan qızılların kirayə götürüldüyünü dedi

Toyda taxılan qızılların kirayə götürüldüyünü dedi
Kateqoriya məlum deyil
T

Türkiyədə sosial mediada "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılıb.

Sfera.az xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması ittihamı ilə saxlanılan sosial media fenomeni Çağla Özün həyat yoldaşı olan Mehmetin verdiyi ifadə ortaya çıxıb.

Mehmet hakim qarşısında verdiyi ifadəsində ittihamları qəbul etməyib. O, toy mərasimində çəkilən bütün xərclərin sponsorlar tərəfindən qarşılandığını bildirib. Onun sözlərinə görə, toyda taxılan qızıllar kirayə götürülüb. Mehmet əlavə edib ki, qohumları tərəfindən taxılan qızıllar da məclisdən sonra geri qaytarılıb.

Qeyd edək ki, toya Azərbaycanda "baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova, həyat yoldaşı, bloger Fidan Zeyn də qatılıb. \\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR