“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - VİDEO

“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - VİDEO
Kateqoriya məlum deyil
T

Türkiyəli məşhur müğənni Yıldız Tilbe konsertdən sonra evində çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, sənətçi paylaşdığı videoda konsertdən sonra olduqca yorulduğunu deyib. O, daha sonra evindəki əşyaları göstərərək izləyiciləri ilə səmimi söhbət edib və evdə yatan heyvanına da diqqət çəkib.

Yıldız öz görünüşü barədə danışarkən isə yumorundan geri qalmayıb. Müğənni "Allahım, nə qədər gözələm. Bəzən özümə heyran oluram, bəzən də gıcıqlığımın zirvəsində oluram" deyərək zarafat edib.

Sənətçi geyiminə də nəzər salıb, evində saxladığı heyvanları isə "ən yaxın dostlarım" adlandırıb.

Saçlarından da söz açan Yıldız Tilbe onları xınaladığını bildirib. Saçlarının uzanmadığından gileylənən müğənni "Saçlarım da uzanmadı getdi ya. Hələ də iki tel qalıb" ifadələrini işlədib.

Təbii və səmimi davranışı ilə diqqət çəkən Yıldız Tilbenin paylaşımı maraq doğurub.\\axsam.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR