Dua edən gənc hamının diqqətini çəkdi - FOTO

Məşhur aktyor Serhat Kılıçın dəfn mərasimində diqqətçəkən bir görüntü sosial mediada gündəm olub.
Sfera.az xəbər verir ki, mərasimdə insanlar tabutun yanından keçib gedərkən, bir gəncin aktyorun tabutu başında tək dayanaraq əllərini açıb dua etməsi iştirakçıların diqqətini çəkib.
Sonradan həmin şəxsin Serhat Kılıçın aktyorluq məktəbində təhsil alan gənc teatr tələbəsi olduğu məlum olub. Gəncin mərhum aktyora olan hörmət və sevgisini məzarı başında dua edərək ifadə etdiyi bildirilib.
Qeyd edək ki, Serhat Kılıçın ölümü sentyabrın 5-də yaxın dostunun ehtiyat açarla evə daxil olması zamanı məlum olub. Aktyorun son günlər səhhətində yaranan problemlər və güclü ağrılar səbəbilə çətin günlər keçirdiyi, bir müddət tək qalmaq istədiyini yaxınlarına bildirdiyi qeyd edilib.
İradə Elsevər







