"Bez Bebek"in balaca ulduzu böyüdü - FOTO

"Bez Bebek"in balaca ulduzu böyüdü - FOTO
Kateqoriya məlum deyil
T

“Bez Bebek” serialında canlandırdığı Özge obrazı ilə tanınan Sibel Kasapoğlu sosial media paylaşımları ilə gündəmə gəlir. İllər sonra təbii gözəlliyi və müasir tərzi ilə diqqət çəkən aktrisaya izləyiciləri böyük maraq göstərir.

Sfera.az xəbər verir ki, “Bez Bebek” serialı yayımlandığı dövrdə geniş tamaşaçı auditoriyasını ekran qarşısına toplamış və rəngarəng obrazları ilə yaddaşlarda iz qoymuşdu.

Serialın əyləncəli süjeti ilə yanaşı, aktyor heyətində yer alan uşaq aktyorların performansı da tamaşaçıların marağına səbəb olmuşdu. İllər keçdikdən sonra serialda rol alan uşaqların indiki görünüşləri də maraq doğurmaqda davam edir.

Bu adlar arasında serialda “Özge” obrazını canlandıran Sibel Kasapoğlu da var. “Bez Bebek”də hələ uşaq yaşlarında kamera qarşısına keçən Kasapoğlu illər ərzində böyüyüb və xeyli dəyişib. Aktrisanın illər ərzindəki dəyişimi serialı həmin dövrdə izləyənlərin də diqqətini çəkir və paylaşımlarına izləyiciləri tərəfindən çoxsaylı bəyənmə və şərhlər yazılır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR