Seda Sayan reklamdan milyonlar qazanacaq - RƏQƏMLƏR

Türkiyənin tanınmış sənətçisi Seda Sayan reklam əməkdaşlığı ilə yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, məlumata görə, sənətçi 4 fərqli marka ilə illik reklam müqaviləsi imzalayıb.
Hər bir anlaşmanın dəyərinin 50 milyon TL (1,755 milyon manat) olduğu, bununla da Sayanın ümumilikdə 200 milyon TL gəlir (7,02 milyon manat) əldə edəcəyi iddia olunur.
Sözügedən əməkdaşlıqlar çərçivəsində kamera qarşısına keçən Seda Sayanın ilk reklam filmi rəqəmsal təhsil platforması “ÜçDörtBeş All Star” üçün çəkilib.
Artıq yayımlanan ilk reklam çarxından sonra sənətçinin əməkdaşlıq etdiyi digər üç markanın tanıtım filmlərinin də yaxın günlərdə təqdim ediləcəyi bildirilib.
Sənətçinin yeni rəqəmsal layihə üzərində çalışdığı, bu səbəbdən ona təklif olunan bəzi televiziya layihələrini isə hələlik gözləməyə aldığı iddia edilir.
İradə Elsevər






