"Bəzi insanların yoxluğuna inanmaq olmur"

"Bəzi insanların yoxluğuna inanmaq olmur"
Kateqoriya məlum deyil
T

Aparıcı Lalə Azərtaş mərhum Xalq şairi Nəriman Həsənzadə ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında şairlə bağlı videosunu yayımlayıb və onunla bağlı xatirələrini bölüşüb.

O, videoda Nəriman Həsənzadə ilə dialoqunu xatırlayaraq onun “Nə vaxt istəsən, gəl...” sözlərini qeyd edib:

“Qarşıma bu video çıxdı… Dayanıb uzun-uzadı baxdım. Mən “gələcəyəm” deyirəm, Nəriman müəllim isə həmişəki doğmalığı ilə: “Nə vaxt istəsən, gəl…”

İndi düşünürəm ki, bəzi insanların yoxluğuna inanmaq olmur. Çünki səsi qalır, sözü qalır, baxışı, nəfəsi, xatirəsi qalır… Məncə, siz heç getməmisiniz, Nəriman müəllim. Siz yenə də varsınız. Yenə də yaşayırsınız - sözünüzdə, misralarınızda və sizi sevənlərin yaddaşında…

Kaş o “nə vaxt istəsən, gəl” dediyiniz ünvana bir dəfə də gələ biləydim…”.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR