Bu gün Moskvada baş tutacaq görüşdən GÖZLƏNTİLƏR - Zəngəzur dəhlizi...
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Görüşdə üç ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər. Bəs, üçtərəfli İşçi Qrupunun iclasından hansısa ciddi qərarlar, irəliləyişlər gözləmək olarmı? Bununla bağlı Sfera.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev qeyd edib ki, bu iclasda xüsusilə Azərbaycan və Ermənistan arasında iqtisadi layihələrin,