Logo

“Güneyli soydaşlarımızın üzləşdiyi haqsızlığa səssiz qalmayacağıq” - Novella Cəfəroğlu

“Güneyli soydaşlarımızın üzləşdiyi haqsızlığa səssiz qalmayacağıq” - Novella Cəfəroğlu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

”İlk dəfə deyil ki, Cənubi Azərbaycanla bağlı beynəlxalq insan haqları təşkilatlarına müraciət ünvanlayırıq. Uzun illərdir ki, Cənubi Azərbaycanla işləyən təşkilatıq və İranda baş verən  insan hüquqları pozuntuları ilə bağlı vaxtaşırı müvafiq təşkilatlara məlumat veririk”.

Bu sözləri Sfera.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bir qrup hüquq müdafiəçisinin İran İslam Respublikasında həbs olunan fəalların taleyi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsi və "Amnesty İnternational" Təşkilatına ünvanladığı müraciət haqda danışarkən deyib:

"Ümumiyyətlə harada ki, insan haqları pozulur biz bu məsələləri daim müvafiq qurumlara çatdırırıq. Xüsusilə  İranda baş verən haqsızlıqları, insan haqları pozuntularını izləyir, vaxtında müdaxilə edir və nüfuzlu təşkilatlara məlumat veririk.

Bu gün cənubi azərbaycanlıların sayı 35 milyondan çox olsa da, İranda öz məktəbləri yoxdur. Ana dillərində danışmaqları qadağan edilir. Bu da azmış kimi cənublu soydaşlarımıza qarşı müxtəlif təzyiqlər, sıxışdırmalar olur. Biz bunları bilir və faktlarla bağlı müvafiq təşkilatlara məlumatlar veririk. Ola bilər ki, ölkə ictimaiyyəti bu haqda yetərincə məlumatlı deyil, lakin biz hər zaman bu məsələ ilə yaxından maraqlanırıq. Cənubi azərbaycanlıların haqlarını bundan sonra da qorumağa davam edəcəyik”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR