"Lavrov Moskvada Abdullahianın "ağzından vurdu” - Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir
"Türkiyə İranla sərhədi yük daşımalarına bağladı. Gürcüstanın eyni addım atdığına dair məlumatlar var. Lavrov Moskvada Abdullahianın məcazla desək, "ağzından vurdu”. Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir”. Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Cənubi Qafqazın yeni siyasi mənzərəsi İranın regiona girişini əngəlləyir və bəllidir ki, Tehran Bakıdan asılılığı, Türkiyənin bölgədə mövcudluğunu, Zəngəzur dəhlizini qəbul etmir: "Lakin məsələnin