Paşinyan Putinlə, Şeyx Qareginlə görüşür – Səbəblər
Gündəm
10:25 / 12.10.2021
927
"Moskvada
Paşinyan Putinlə, Şeyx Allahşükür Paşazadə II Qareginlə görüşəcək: hər iki
görüşün gündəmi regional münasibətlərin qurulmasıdır. Putin Soçidə Ərdoğanla Cənubi
Qafqazın gələcəyini birgə inşa etmək üzərində razılaşdı”.
Sfera.az
bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
1.
Ermənistanın əməkdaşlıq platformasına qoşulması;
2.
Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların bərpasının icra mərhələsinə
keçilməsi;
3.
Ankara-İrəvan münasibətlərinin normallaşmasında Moskvanın rol oynaması.
Putinin
Paşinyanla bu məsələlər üzərində müzakirə aparacağı və bunun qərarların verilməsinə
təsir edəcəyi istisna deyil.
Lakin
Ankara və Moskvanın Qafqaz planının - əməkdaşlıq platformasının yaradılması –
gerçəkləşməsi üçün Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli
qaçılmazdır:
-
Humanitar məsələlərin həlli: ermənilərin qaytarılması, mina xəritələrinin
verilməsi və s;
-
Sərhədlərin delimitasiyası və demarkasiya prosesinin yekunlaşması;
-
Sülh müqaviləsinin imzalanması
Bakının
mövqeyi bəllidir, Ərdoğan-Putin görüşündə Azərbaycan məsələsinin ayrıca müzakirə
edilməsi də Əliyevin şərtlərinin Putinə çatdırıldığı fikrini önə çıxarır”.
A
Nərimanlının sözlərinə görə, Putin-Paşinyan görüşünün gündəmində sülh sazişinə
hazırlıq əsas maddələrdən biri ola bilər:
"Bura
Moskvada Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünün zamanının və gündəliyinin
razılaşdırılması da daxildir.
İranın
Ermənistan üzərindən Qafqaz planına qarşı addımları da prosesin sürətləndirilməsini
şərtləndirir. Bunun fonunda Putinin Soçi razılaşmasının icrasını Paşinyana izah
edəcəyini deyə bilərik.
Putin-Paşinyan
görüşündən bir gün sonra – 13 oktyabrda Şeyx Allahşükür Paşazadənin Moskvada
Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə ermənilərin katolikosu II Qareginlə
görüşəcəyi təsadüfi deyil”.
Şeyxin
Qareginlə görüşünün ruslar tərəfindən təşkili iki kontekstdə diqqət çəkir:
"Birincisi,
Vatikanın prosesə müdaxiləsinə qarşı hərəkətə keçmək: Qaregin ötən həftə Roma
Papası Fransisklə görüşdü və ondan Qarabağ məsələsində dəstək istədi; Moskva
Kirilli vasitəçi edərək, dini liderlərin görüşünü təşkil etməklə Vatikanın bölgədə
iştirakını məhdudlaşdırır;
İkincisi,
ruslar xalqları sülh sazişinə hazırlamaq prosesini də Qərbin əlinə buraxmaq istəmir
və məhz dini liderlər üzərindən daha effektli ola biləcək gediş edirlər.
Turan
Rzayev