Bu gün Moskvada baş tutacaq görüşdən GÖZLƏNTİLƏR - Zəngəzur dəhlizi...

Bu gün Moskvada baş tutacaq görüşdən GÖZLƏNTİLƏR - Zəngəzur dəhlizi...
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Görüşdə üç ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər. 
 
Bəs, üçtərəfli İşçi Qrupunun iclasından hansısa ciddi qərarlar, irəliləyişlər gözləmək olarmı?

Bununla bağlı Sfera.az-a açıqlama verən  tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev qeyd edib ki, bu iclasda xüsusilə Azərbaycan və Ermənistan arasında iqtisadi layihələrin, kommunikasiya əlaqələrinin və eyni zamanda Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində, özəlliklə Ermənistan hissəsində atılacaq addımlarla bağlı müzakirələrin edilməsi gözlənilir:

"Bildiyimiz kimi üçtərəfli İşçi Qrupu 11 yanvar bəyanatı əsasında formalaşıb. Əsas hədəfləri Ermənistan və Azərbaycan arasında mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı mümkün layihələrin hazırlanıb tərəflərlə razılaşdırdıqdan sonra liderlərə təqdim edilməsidir. Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində və ondan sonra İşçi Qrupunun fəaliyyətində, görüşlərində müəyyən qədər gecikmələr baş verirdi. Artıq baş nazirlərin müavinləri səviyyəsində görüşlərin keçirilməsinə başlanılıb. 

Hesab edirəm ki, son günlər Ermənistan Baş naziri tərəfindən müəyyən qədər regionda stabilliyin yaranmasına xidmət edə biləcək, Ermənistanla Azərbaycan, həmçinin Türkiyə arasında münasibətlərin tənzimlənməsinə gətirib çıxaracaq fikirlərin səsləndirilməsi İşçi Qrupun fəaliyyətinin və bu görüşün səmərəli keçiriləcəyini deməyə imkan verir. Xüsusilə Paşinyanın MDB sammitində Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlər səsləndirməsi, dəhlizin Ermənistanın maraqlarına xidmət etdiyini bildirməsi Ermənistan cəmiyyətində, siyasi elitasında artıq müəyyən güzəştlərə meylli davranışların aparıldığını deməyə imkan verir”.

Müsahibimiz qeyd edib ki, bundan sonra İşçi Qruplar arasında mütəmadi görüşlər keçiriləcək və qısa müddət ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə xidmət edəcək layihələr hazırlanıb liderlərə təqdim ediləcək:

"Düşünürəm ki, növbəti mərhələlərdə biz Ermənistan və Azərbaycan liderlərinin böyük ehtimalla Rusiya prezidentinin təşəbbüsü ilə görüşünün keçiriləcəyini proqnozlaşdıra bilərik. Ümumiyyətlə, Ermənistan siyasi elitası Azərbaycanla münasibətlərin tənzimlənməsindən başqa alternativin olmadığını dərk edir. Bu proseslərin fonunda, xüsusilə Azərbaycanın İrandan Ermənistana keçən nəqliyyat vasitələrinə gömrük rüsumlarının tətbiq etməsi, sərhəd buraxılışından keçirilməsini tələb etməsi Ermənistanı müəyyən qədər proseslərə daha ayıq yanaşmağa məcbur edir. Ermənistan proseslərin digər dövlətlərin nəzarətindən çıxdığını qəbul edir, Cənubi Qafqazda baş verənlərin məhz Türkiyə və Azərbaycan birliyinin dominantlığı altında inkişaf etdiyini, bundan sonra da belə olacağını anlayır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

100 gün “McDonald's” yeməyi yeyib arıqlamağı planlaşdırır

ABŞ-da Tennessi ştatının 57 yaşlı sakini Kevin Maginnis 100 gün ərzində eksklüziv olaraq “McDonald's” yeməklərini yeməyə qərar verib. O, nəticəl...

50 yaşlı Viktoriya Bekhem 25 ildir ki, belə qidalanırmış - "Dərimə görə yalnız..."

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem ciddi pəhrizə riayət etməyin vacibliyini açıqlayıb. Sfera.az xəbər verir ki, onunla müsahibəni "The...

Rihannanın bu görünüşü müzakirələrə səbəb oldu - FOTO

Müğənni Rihanna kosmetika brendi "Fenty Beauty"nin tədbirində üçüncü dəfə hamilə qalmaqda şübhəli bilinib. Sfera.az xəbər verir ki, sözügedən şəkil...

Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb...

Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ

Türkiyənin İzmit şəhərində yerləşən TÜPRAŞ neft emalı zavodunda baş verən partlayış zamanı 12 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, TÜPRAŞ-ın r...

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...