Logo

Sürücülər buna görə 50 manat cərimə olunacaq - Yeni Qayda

Sürücülər buna görə 50 manat cərimə olunacaq - Yeni Qayda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycanda avtomobil idarə edərkən telefondan istifadə edən, eləcə də nəqliyyat vasitəsində reklam yerləşdirilməsi qaydalarını pozan sürücülərə cərimələrin tətbiqi mexanizmi dəyişdiriləcək.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində nəzərdə tutulub.

Təklif olunan dəyişikliklərə əsasən, bəzi inzibati xətaların foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə qeydə alınması zamanı icraatın aparılması qaydası fərqli olacaq.

Bu çərçivədə İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsi), eləcə də 428.5-ci maddəsinin (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya reklamın yerləşdirilməsi qaydalarını pozmaqla nəqliyyat vasitələrində reklam yayılması) da həmin xətalar sırasına daxil edilməsi təklif olunur.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə, qeyd olunan qayda pozuntuları foto və ya video qeydiyyat vasitəsilə aşkarlandıqda 50 manat məbləğində cərimə tətbiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR