10-a yaxın şəxsin ölümünə səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?

10-a yaxın şəxsin ölümünə səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?
Xəbər verdiyimiz kimi Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü – 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Sözügedən şəxsin heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyi məlum olub.
 
Bəs, sürücünü hansı cəza gözləyir?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a danışarkən qeyd edib ki, 99 DH 343 Dövlət Qeydiyyat Nişanlı "Mercedes” markalı yük avtomobilin sürücüsünü 19 yaşında qanunsuz  olaraq yola buraxan hər hansı bir şirkətdirsə, həmin şirkətin vəzifəli şəxsləri də müvafiq məsuliyyət daşıyırlar:

"Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır  zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri yaxud  iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 263.3-cü maddəsinə əsasən,  bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Müsahibimizin sözlərinə görə, Cinayət Məcəlləsinin qeyd olunan maddələrindən də görünür ki, sözügedən əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur və cəzası da olduqca ağırdır.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 10-a yaxın şəxs ölüb, 20 nəfər yaralanıb.  

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” — Deputat

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu ...

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...