Zelenski ikinci prezidentlik müddətinə namizəd olacaq? - AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci müddətə namizəd olmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablayıb. Sfera.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. “Bu müharibənin necə bitəcəyini bilmirəm: əgər bacardığımdan çox iş görsəm, ona daha müsbət baxacağam”, - Zelenski deyib. O, rus qoşunlarının şərqdə irəlilədiyini deyib və əlavə edib ki, yanvar ayında cəbhədə sabitlik əldə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, Ukrayna lideri etiraf edib ki, bu, çox