Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Dünya
Beynəlxalq siyasət, regiondakı proseslər, Türkiyə, Rusiya, İran, Avropa və ABŞ-dan son hadisələr.
11 fevral 2025, çərşənbə axşamı
Körfəzin sahilində pulsuz yaşaya biləcəyiniz evlər tikiləcək:
Özəlliyi nədir?
Alyaskanın Ankoric şəhərində (ABŞ) unikal mini evlər kəndi açılacaq. Burada çətin həyat vəziyyətinə düşən qocalar pulsuz mənzillə təmin ediləcək. Xristian qrupu tərəfindən həyata keçirilən layihə, xüsusilə sərt qış şəraitində mənzil tapmaqda çətinlik çəkənlərə kömək etmək məqsədi daşıyır. Sfera.az bildirir ki, Ankoric Kuk İnlet sahillərində yerləşən Alyaskanın ən böyük şəhəridir. "Bizim həyətimizdə" adlı icma altı kiçik ev və vanna otağı olan bir treylerdən ibarətdir. Layihə Ankoricdəki Mərkəzi
23:00
Netanyahu HƏMAS-a vaxt qoydu:
Fevralın 15-nə kimi...
HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək. Sfera.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekununda deyib.
22:45
İstanbulda məktəblər bağlandı
İstanbulda hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb. Sfera.az bildirir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Bildirilib ki, şəhərin Başakşehir, Esenyurt, Beykoz, Avcılar, Arnavutköy, Sultanqazi, Beylikdüzü Küçükçekmece ve Büyükçekmece rayonlarında məktəblər sabah bağlı olacaq. Buna səbəb əlverişsiz hava şəraiti və aramsız yağan qardır. "Report"
22:21
Türkiyə Suriya mallarına qoyduğu qadağanı ləğv etdi
Türkiyə Bəşər Əsəd dövründə Suriya idxal mallarına qoyduğu məhdudiyyəti ləğv edib. Sfera.az xəbər verir ki, bu haqda ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, iki ölkə müəyyən məhsullar üçün tarifləri yenidən qiymətləndirməyə qərar verib. Bundan əlavə, 2011-ci ildə dayandırılmış azad ticarət sazişinin bərpası ilə bağlı razılıq əldə olunub.
21:00
Hər an partlaya bilərdi:
Uşaq parkının altından 176 bomba tapıldı -
FOTO
İngiltərədə uşaq parkının altından içərisində partlayıcı maddələr olan 150-dən çox İkinci Dünya Müharibəsi bombası tapılıb. Yerli hakimiyyət isə bunun son olmadığını və daha çox mərmi ola biləcəyini bildirib. Sfera.az bildirir ki, uşaq meydançasının keçmiş hərbi poliqonda yerləşdiyi məlum olub. İndiyədək Nortumberlend ştatının Wooler şəhərindəki Scotts Parkda İkinci Dünya Müharibəsindən qalma 176 bomba tapılıb. Bombalar tikinti işləri zamanı tapılıb. Northumbria Polisi bildirib ki, ilk dəfə
20:14
İran Trampı təhqir etdi
ABŞ-la danışıqlar aparmaq və güzəştə getmək istəyənlər Amerika ilə heç vaxt danışıqlar aparmayacağımız barədə ali rəhbərdən aydın cavab aldılar. Sfera.az axar.az-a istinadən bildirir ki, bunu İran Müdafiə Nazirliyinin ideoloji-siyasi rəhbəri Seyid Ziyaəddin Ağacanpur deyib. "Axmaq və dəli Tramp maksimum təzyiq vasitəsilə İran xalqını diz çökdürmək istəyir, ancaq biz təslim olmayacayıq", - Ağacanpur deyib. Qeyd edək ki, Tramp İranı dayandırmağın iki yolu - hərbi və saziş - olduğunu, razılaşmaya
18:08
Azərbaycan səfiri İran XİN-də ikitərəfli əlaqələri
müzakirə etdi
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində ikitərəfli əlaqələrdə mövcud olan məsələlərə dair fikir mübadiləsi aparılıb.
17:44
Şoyqu Qazaxıstana
getdi
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini və Suriyadakı vəziyyəti müzakirə etmək üçün Astanaya gəlib. Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, işgüzar səfər çərçivəsində Rusiya və Qazaxıstan təhlükəsizlik şuralarının ofisləri arasında ikitərəfli məsləhətləşmələr, həmçinin Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə görüş planlaşdırılır.
17:35
Ukrayna bərpa üçün Yaponiyadan
qrant istədi
Ukrayna infrastrukturun bərpası üçün Yaponiyadan 58 milyon dollar qrant almağı gözləyir. Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal öz "Telegram" kanalında yazıb. “Ukrayna Yaponiyadan 8,8 milyard yapon yeni və ya təxminən 58 milyon dollar məbləğində qrant alacaq. Bu gün biz hökumətlərimiz arasında müvafiq saziş layihəsini təsdiq etdik. Bunlar bərpa layihələrini maliyyələşdirmək üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vəsaitləri olacaq”, - Denis Şmıxal
17:28
Somali Prezidenti Azərbaycana rəsmi səfərə
yola düşdü
Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb. Bu barədə Sfera.az Somali KİV-ə istinadən xəbər verir. "Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb. Bu səfər Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkənin nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra baş tutub. Bu, iki ölkə arasında diplomatik əlaqələrin artdığını göstərir", - məlumatda bildirilib. Somali Baş nazirinin ofisinin nümayəndəsi
16:55
Rusiyada 95 mindən çox qeyri-qanuni miqrant
müəyyən edildi
Rusiyada miqrant qanun pozucularının reyestri işə salındıqdan sonra 95 608 nəfərin Rusiyada qeyri-qanuni olduğu aşkarlanıb. Sfera.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. Ümumilikdə, bu müddət ərzində əcnəbilər üzərində 688 mindən çox yoxlama aparılıb. Volk vurğulayıb ki, verilənlər bazası hər dörd saatdan bir yenilənir. O, işəgötürənlərə və xidmət sektorunun işçilərinə xatırladıb ki, əcnəbiyə xidmət göstərməzdən və ya işə götürməzdən əvvəl
16:40
Korotçenko: "Trampın Ukrayna ilə bağlı planı yoxdur, bu,
siyasi populizmdir"
ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etmək planı yoxdur və Vaşinqton siyasi populizmi sınaqdan keçirməklə məşğuldur. Sfera.az xəbər verir ki, bunu News.ru-ya müsahibəsində hərbi ekspert İqor Korotçenko deyib. “Ukrayna ilə bağlı Trampın sülh planı yoxdur. Bəzi sızmalar var, bəzi səs-küy var, lakin konkretlik baxımından bu, siyasi populizmdən və Vaşinqtonun boş söhbətindən başqa bir şey deyil”,-Korotçenko bildirib. Ekspert təklif edib ki, münaqişənin həllinə mümkün yanaşmalar
16:34
"Qatar Airways" Moskvaya uçuşları
ləğv etdi
"Qatar Airways" Dohadan Moskvaya həyata keçirdiyi gündəlik iki reysdən birini ləğv edib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb. ATOR-un məlumatına görə, uçuş, ehtimal ki, 2025-ci ilin oktyabr ayının sonuna qədər cədvəldən çıxarılıb. Nəticədə, Moskva ilə Doha arasında daşımaların həcmi ayda 8-9 min nəfər azalacaq.
16:04
Somalidə terrorçular hərbi bazaya
hücum etdi
"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər. "İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir", - Puntlandın hərbi nümayəndəsi
15:57
Tramp rüşvətxorluqla bağlı qadağanı
aradan qaldırdı
Prezident Donald Tramp ABŞ şirkətlərinin xaricdə rəqabət qabiliyyətini artırmaq məqsədilə xarici məmurlara rüşvət verilməsini qadağan edən Xarici Korrupsiya Təcrübələri Aktının (FCPA) icrasını dayandırıb. Sfera.az xəbər verir ki, bu qərarın ləğvinin ABŞ iqtisadiyyatına fayda verəcəyinə inanan Tramp mövcud qanunun iş dünyasının fəaliyyət dairəsini genişləndirmək imkanlarını məhdudlaşdırdığını bildirib. Xatırladaq ki, 1977-ci ildə FCPA qanunu qəbul edilib. Tramp kağız üzərində bu qanunun yaxşı
15:50
Polis müğənninin konsertinə
müdaxilə etdi
Dünyaca məşhur ingilis müğənni Ed Şiranın başına iş gəlib. Sfera.az xəbər verir ki, sənətçi Banqalorda küçədə ifa edərkən polisin müdaxiləsinə məruz qalıb. Hindistan polisi ifaçının küçə konserti üçün icazəsinin olmadığını bildirərək onu yarıda kəsib.
15:31
"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" -
Bayraktar
Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq. Sfera.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib. "Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atılıb. BOTAŞ və “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində qaz tədarükünün martın 1-də başlanması planlaşdırılır", - nazir bildirib.
15:25
AK sədri:
"Avropa Trampa cavab verəcək"
Avropa ABŞ-nin polad və alüminium idxalına tətbiq edəcəyi yüksək tariflərlə bağlı siyasətinə cavab verəcək. Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen verib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi rüsumlardan dərin təəssüflənib. Tariflər biznes üçün pis, istehlakçılar üçün isə daha pisdir, deyən von der Leyen, ədalətsiz tariflərin cavabsız qalmayacağını, sərt və eyni dərəcədə əks tariflərə səbəb
14:20
Məşhur cütlük boşanır -
FOTO
Məşhur cütlük Pelin Akil və Anıl Altan boşanır. Sfera.az xəbər verir ki, Mehmet Üstündağın xəbərinə görə, onlar evlərini ayırıblar. Evliliyin bitməsinə səbəb isə xəyanət yox, aralarındakı eşqin tükəndiyi göstərilib. Onların 1 aydır ayrı-ayrı evlərdə yaşadıqları qeyd olunub. Xatırladaq ki, Pelinlə Anılın əkiz qızları var.
13:33
ABŞ-nin Moskvadakı səfiri Rusiya XİN-ə
getdi
ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Səfərin səbəbləri hələlik məlum deyil. KİV-in məlumatına görə, Treysi əvvəllər sosial şəbəkələrdəki videomüraciətində Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə dialoqa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında diplomatik səylərə "böyük ehtiyac" var.
13:22
Əfqanıstanda partlayış oldu -
Ölənlər var
Əfqanıstanın şimalındakı Kunduz əyalətinə kamikadze hücumu olub. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə əyalətdə yerləşən banklardan birinin qarşısında baş verib. Partlayış nəticəsində Taliban təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla 5 nəfər ölüb. 7 nəfər yaralanıb.
13:07
Rusiyada zavodda partlayış
baş verdi
Rusiyanın Novosibirsk şəhərində qazlı içki istehsalı zavodunda partlayış baş verib. Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət FHN-i məlumat yayıb. Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir hissəsi uçub. Bildirilib ki, partlayış barədə məlumat yerli vaxtla saat 23:57-də daxil olub. Regional prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Qurum dəqiqləşdirib ki, hadisə zamanı zavod binasını icarəyə
10:04
İtkin düşmüş hindistanlı turistin qalıqları
tapıldı
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb. Sfera.az -ın APA-ya istinadən məlumatına görə, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank
09:51
Teylor Svift fitə basıldı:
Səbəb
nə
olub?
İctimaiyyətin pərəstişinə öyrəşmiş amerikalı məşhur müğənni Teylor Svift Nyu Orleandakı Caesars Superdome stadionunda sevgilisi Travis Kelceni dəstəkləməyə gələndə xoşagəlməz halla üzləşib. Müğənni qarşılaşdığı vəziyyət qarşısında təəccübünü gizlədə bilməyib. Sfera.az bildirir ki, məşhur müğənni stadiona gələrkən böyük ekranda yaxın planda göstərildikdə, narazılıq fırtınası stadionu bürüyüb. Çox güman ki, bu, arenada daha çox “Philadelphia Eagles” azarkeşlərinin olması ilə izah edilə bilər.
00:56
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›