İtkin düşmüş hindistanlı turistin qalıqları tapıldı
![İtkin düşmüş hindistanlı turistin qalıqları tapıldı](https://sfera.az/photo/orginal/2025/02/11/1739253132_hind.jpg)
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.
Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.