ABŞ-nin Moskvadakı səfiri Rusiya XİN-ə getdi
![ABŞ-nin Moskvadakı səfiri Rusiya XİN-ə getdi](https://sfera.az/photo/orginal/2025/02/11/1739266286_aace38bf-fd0f-3840-8c37-54abd5a56b23_850.jpg)
Dünya
13:22 / 11.02.2025
4481
ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Səfərin səbəbləri hələlik məlum deyil.
KİV-in məlumatına görə, Treysi əvvəllər sosial şəbəkələrdəki videomüraciətində Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə dialoqa hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, ABŞ və Rusiya arasında diplomatik səylərə "böyük ehtiyac" var.