Logo

Şoyqu Qazaxıstana getdi

Şoyqu Qazaxıstana getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini və Suriyadakı vəziyyəti  müzakirə etmək üçün Astanaya gəlib.

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, işgüzar səfər çərçivəsində Rusiya və Qazaxıstan təhlükəsizlik şuralarının ofisləri arasında ikitərəfli məsləhətləşmələr, həmçinin Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə görüş planlaşdırılır. İştirakçılar ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışları və təhdidləri, həmçinin Mərkəzi Asiya, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər .

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR