"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" - Bayraktar

"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" - Bayraktar

Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

"Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atılıb. BOTAŞ və “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində qaz tədarükünün martın 1-də başlanması planlaşdırılır", - nazir bildirib.

 

Onun sözlərinə görə, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhamedovun iştirakı ilə ötən ilin mart ayında Antalyada iki ölkə arasında qaz sahəsində əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunun konkret nəticəsidir.

 

"Uzun illərdir üzərində işlədiyimiz bu müqavilə ölkəmizin və bütün regionun təbii qaz təchizatının təhlükəsizliyini gücləndirəcək, həmçinin Türkiyə ilə Türkmənistan arasında strateji əməkdaşlığı irəlilədəcək", - A.Bayraktar əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Prezidentin köməkçisi: Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur

“21.11.2023 tarixində paylaşdığım bu postu yada salıram. “Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.   Sfer...

"Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.   Klubdan Sfe...

Samir Nuriyev Xankəndidə iclas keçirdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada hə...

Sürücülər üçün növbəti imtahan keçiriləcək

Fevralın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və b...

Kennedinin qətli ilə bağlı MİNLƏRLƏ GİZLİ SƏNƏD ÜZÜ ÇIXDI

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt tə...

Xarici nömrələrlə onlayn qumar təşkil edirmişlər - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin...