Türkiyə Suriya mallarına qoyduğu qadağanı ləğv etdi
![Türkiyə Suriya mallarına qoyduğu qadağanı ləğv etdi](https://sfera.az/photo/orginal/2025/02/11/1739294107_suriye-1.jpg)
Dünya
21:00 / 11.02.2025
3738
Türkiyə Bəşər Əsəd dövründə Suriya idxal mallarına qoyduğu məhdudiyyəti ləğv edib.
Sfera.az xəbər verir ki, bu haqda ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə müəyyən məhsullar üçün tarifləri yenidən qiymətləndirməyə qərar verib. Bundan əlavə, 2011-ci ildə dayandırılmış azad ticarət sazişinin bərpası ilə bağlı razılıq əldə olunub.