Ukrayna bərpa üçün Yaponiyadan qrant istədi
![Ukrayna bərpa üçün Yaponiyadan qrant istədi](https://sfera.az/photo/orginal/2025/02/11/1739278765_1739275895_shutterstock_2335159139-pic_32ratio_900x600-900x600-22699.jpg)
Dünya
17:28 / 11.02.2025
3743
Ukrayna infrastrukturun bərpası üçün Yaponiyadan 58 milyon dollar qrant almağı gözləyir.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal öz "Telegram" kanalında yazıb.
“Ukrayna Yaponiyadan 8,8 milyard yapon yeni və ya təxminən 58 milyon dollar məbləğində qrant alacaq. Bu gün biz hökumətlərimiz arasında müvafiq saziş layihəsini təsdiq etdik. Bunlar bərpa layihələrini maliyyələşdirmək üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vəsaitləri olacaq”, - Denis Şmıxal yazıb.