Putin: "ŞƏT-in sammitində iştirak edəcəm"
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu ilin sentyabrında keçiriləcək sammitində iştirak etməyə hazır olduğunu bəyan edib. Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o,Rusiya-Çin danışıqlarının yekunlarına dair jurnalistlərə açıqlama verib. “Rusiya Çinin ŞƏT-də sədrliyinin prioritetlərini dəstəkləyir və biz bu ilin sentyabrında Tyantszində keçiriləcək sammitdə iştirakdan məmnun qalacağıq”, – Putin bildirib. O, həmçinin qeyd edib ki, Rusiya və Çin