Zelenski ilə telefon danışığı aparacaq

Dünya
22:13 / 08.05.2025
1953
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz Ukrayna ilə nadir torpaq metalları ilə bağlı müqaviləni yenicə tamamladıq, bu saziş ölkənin qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib”, - Amerika lideri qeyd edib.
Bununla belə, Tramp Zelenski ilə konkret hansı məsələləri müzakirə etmək niyyətində olduğunu açıqlamayıb.