Cənubi Amerika ölkəsində güclü zəlzələ oldu

Dünya
16:24 / 08.05.2025
3144
Peruda 5.5 bal gücündə zəlzələ olub.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Ekvadorla sərhəd yaxınlığında, 109 min nəfər əhalisi olan Tumbes şəhərindən 23 km cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin yeraltı ocağı isə 45 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat yoxdur.