Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib. Sfera.az xəbər verir ki, bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb. O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir: "Üç aya yaxındır ki, kolleqam Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək, Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idi. Abu Nahleh Xaled