Rusiya-Ukrayna danışıqları bu axşam keçiriləcək

Rusiya-Ukrayna danışıqları bu axşam keçiriləcək

İyulun 23-də axşam saatlarında İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. 


Sfera.az “İnterfaks”nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, danışıqların gündəliyində hər iki tərəfin hazırladığı memorandum layihələrinin müzakirəsi yer alacaq.

 

Onun sözlərinə görə, bu sənədlər ikinci raund zamanı mübadilə edilib və üçüncü raundda ətraflı şəkildə nəzərdən keçiriləcək:


“Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir. Əlbəttə, həmin memorandum layihələrini də müzakirə etmək lazım gələcək”, – deyə Peskov vurğulayıb.


Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü barədə dediklərinə münasibət bildirən Peskov əlavə edib ki, belə yüksək səviyyəli görüşdən əvvəl çox ciddi hazırlıq işləri aparılmalıdır.


Qeyd edək ki, danışıqların üçüncü raundu bu gün saat 19:00-da İstanbulun tarixi Çırağan sarayında baş tutacaq.


Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR