təhsil
"Özəl məktəblərdə təhsil haqlarını dövlət tənzimləməlidir" - Millət vəkili
Azərbaycanda özəl məktəblərdə təhsil haqlarının ildən-ilə artması valideynləri narahat edən məsələlərdən birinə çevrilib. 2026/2027-ci tədris ili üzrə aparılan araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən bir sıra özəl məktəblərdə illik təhsil haqları 4 000 manatdan 22 700 manata qədər dəyişir. Əvvəlki tədris ili ilə müqayisədə bəzi təhsil müəssisələrində qiymət artımı müşahidə olunur. Ayrı-ayrı məktəblərdə və təhsil pillələrində illik ödənişlərin yuxarı həddi 1 000–2 200 manat artıb.
Media03.11.2026 11:14
Məktəbdəki insidentlə bağlı - Açıqlama
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb. Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun
Cəmiyyət29.10.2026 09:57
Büdcədə dəyişiklik: Ümumi təhsil xərcləri niyə azaldılır?
2027-ci ilin dövlət büdcəsi layihəsində ümumi təhsil xərclərinin azaldılması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində ümumi təhsil xərcləri üçün 2 milyard 414,8 milyon manat nəzərdə tutulduğu halda, 2027-ci il üzrə büdcə layihəsində bu məbləğ 2 milyard 185,4 milyon manatdır. Beləliklə, xərclərin 229,4 milyon manat, yəni təxminən 9,5 faiz azalması gözlənilir. Bu fərq azalmanın səbəbləri, məktəblərin maliyyələşdirilməsi və qərarın təhsilin keyfiyyətinə mümkün təsirləri ilə bağlı suallar
Təhsil28.10.2026 16:55
Ümumi təhsilə dair yeni standartlar hazırlanır
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədi hazırlanır. Sfera.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda keçirilən sessiyada elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib. O bildirib ki, sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır: "Yeni sənəd fərqli yanaşmanı nəzərdə tutur. Yeni standartlarda elə bir yanaşmaya
Təhsil28.10.2026 12:42
Yunanıstanda minlərlə insan küçələrə çıxdı – Təhsil və mənzil tələbi
Oktyabrın 21-də Yunanıstanın paytaxtı Afinada minlərlə insan təhsil sahəsinə daha çox vəsait ayrılması tələbi ilə etiraz aksiyası keçirib. Sfera.az xarici mediaya istinadən bildirir ki, tələbələr, müəllimlər və dövlət sektorunda çalışan şəxslərin iştirak etdiyi yürüş zamanı daha çox maliyyələşmə, siniflərdə şagird sayının azaldılması, təhsil müəssisələrinin şəraitinin yaxşılaşdırılması və tələbələr üçün əlçatan mənzil imkanlarının yaradılması tələb olunub. Aksiya iştirakçıları Afina
Media22.10.2026 08:39
Məktəblilərə TikTok qadağası – effekti olacaqmı?
Xəbər verildiyi kimi, məktəblərdə Tiktok platformasına çıxış məhdudlaşdırılıb. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlayıb. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: "Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət
Cəmiyyət21.10.2026 18:28
Ankara-Bakı münasibətləri: Gərginliyi kim yaradıb? - VİDEO
Türkiyənin "Haber Global" telekanalında Azərbaycan və Türkiyə arasında mümkün gərginliyin səbəbləri, regional güclərin maraqları və iki ölkənin strateji tərəfdaşlığı müzakirə olunub. Sfera.az xəbər verir ki, Saynur Tezelin təqdim etdiyi proqramda İstanbul Gelişim Universitetinin müəllimi, doktor Ali Semin, politoloq professor Oğuzhan Bilgin, xarici siyasət üzrə ekspert Gülru Gezer və siyasi tarixçi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün
Gündəm20.10.2026 11:32
Xaricdə 60 mindən çox azərbaycanlı təhsil alır – ARAŞDIRMA
Hər il Azərbaycandan minlərlə gənc təhsil almaq ümün xarici ölkələrə üz tuturlar. Onların bir qismi dövlət proqramları və dövlətlərarası razılaşmalar çərçivəsində, digərləri isə şəxsi vəsait, ailə dəstəyi, universitet təqaüdləri və digər maliyyə mənbələri hesabına oxuyur. Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin sayı və getdikləri ölkələrlə bağlı müfəssəl məlumat açıqlansa da digər tələbələr haqqında dəqiq məlumatlara rast gəlinmir. Bəs hazırda Azərbaycandan kənarda nə qədər
Media15.10.2026 16:47
Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər
Azərbaycanın təhsil sistemində vahid məktəbli formasının tətbiqi mövcud normativ-hüquqi baza və müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir. Bu yanaşma şagirdlər arasında sosial bərabərliyin qorunması, məktəb mədəniyyətinin formalaşdırılması və dünyəvi təhsil prinsiplərinin təmin edilməsi məqsədi daşıyır. Sfera.az bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli modern.az -a açıqlamasında bildirib ki, Azərbaycanda tətbiq olunan vahid məktəbli forması milli dəyərlərə və
Cəmiyyət13.10.2026 18:40
Fransada etiraz dalğası: 130 məktəb bağlı, 1000-dən çox yaralı
Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlərin etirazları təxminən bir aydır davam edir. Sfera.az xəbər verir ki, yerli medianın məlumatına görə, şagirdlər məktəblərə ayrılan büdcənin artırılmasını, əlavə müəllimlərin işə götürülməsini və təhsil infrastrukturunun yenilənməsini tələb edirlər. Altı təhsil həmkarlar ittifaqı da hökumətin vədlərini yetərsiz hesab edərək işçiləri tətilə çağırıb. Fransa Təhsil Nazirliyinin məlumatına görə, etirazlar səbəbindən ölkə üzrə 130
Media13.10.2026 12:38
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az -a geniş müsahibəsində deyib. Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub: “Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır.
Gündəm08.10.2026 18:10
Fransada məktəblilərə zorakılıq: Etirazçılara sərt müdaxilə edildi - VİDEO
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərdə təhsil şəraitinin pisləşməsinə və büdcə ixtisarlarına etiraz edən məktəblilərin nümayişləri polisin sərt müdaxiləsi ilə nəticələnib. Sfera.az xəbər verir ki, məktəb binalarının girişlərini bağlayan və küçələrə axışan şagirdlərə, müəllimlərə və valideynlərə qarşı xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qaz, dəyənək və fiziki güc tətbiq edib. Hadisə yerindən çəkilən görüntülərdə asayiş keşikçilərinin qaçan və barrikadalar quran gəncləri
Dünya07.10.2026 11:31
Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər
Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satınalma prosesi elan edilib. Layihə çərçivəsində işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 7 milyon 886 min manat müəyyənləşdirilib. Məlumata əsasən, Bakı və Sumqayıt şəhərlərində görüləcək işlər arasında
Cəmiyyət06.10.2026 22:52
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. Sfera.az xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib. Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni
Cəmiyyət06.10.2026 19:43
5 Oktyabr Müəllimlər Günü: Təhsillə bağlı son rəqəmlər
Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllimlər Günü qeyd olunur. 5 oktyabr müəllimlərin əməyinə diqqət çəkilməsi, onların təhsil və cəmiyyətin inkişafındakı rolunun vurğulanması baxımından əlamətdar gündür. Çünki müəllim yalnız şagirdə bilik ötürən deyil, həm də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsas şəxslərdən biridir. Azərbaycanda minlərlə müəllim bu peşəni davam etdirir. Son illərdə təhsil sahəsində aparılan dəyişikliklər, əməkhaqqı
Təhsil05.10.2026 11:08
Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır. Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi? Sfera.az bildirir ki, təhsil eksperti Elçin Əfəndi bu mövzuda Modern.az -a danışıb. "Azərbaycanda da belə bir status verilərsə, müəllimlər dövlət
Cəmiyyət30.09.2026 18:25
Ukraynaya oxumağa getdi, evinə tabutda qayıtdı (VİDEO)
Ukraynaya gəmi kapitanı olmaq üçün təhsil almağa gedən azərbaycanlı tələbə Əli Mehdiyev Rusiya dronunun hücumu nəticəsində həyatını itirib. Sfera.az “İTV”yə istinadən xəbər verir ki, avqustun 31-də Ukraynanın Odessa şəhərinə edilən dron hücumu nəticəsində 19 yaşlı Əli ağır yanıq xəsarətləri alıb və 6 gün ölüm-dirim savaşı verib. Babası Şahəddin Əliyev Əlinin onun böyük nəvəsi olduğunu qeyd edib: “Onu hamısından çox istəyirdim. Arzuları ürəyində qaldı. Anasına deyirdi ki, işləyib-qazanacaq və
Dünya28.09.2026 20:09
Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlandığı iddia olunur. Sfera.az xəbər verir ki, bu barədə “ oxu.az”a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. Qeyd olunur ki, onlara məktəbin bağlanması ilə bağlı hər hansı bir xəbərdarlıq edilməyib: "Məktəbin yerləşdiyi bina icarəyə götürülüb. Artıq üç gündür ki, dərslər dayandırılıb. Dəqiq səbəb göstərmirlər. Sadəcə bildirirlər ki, gözləmək
Gündəm21.09.2026 19:54
Bakının tələbə yükü azaldılacaq - Bu proses necə aparılmalıdır?
Hazırda ali məktəblərə qəbul olan tələbələrin 60-70 faizi Bakı şəhərində oxuyur. Gələcəkdə tədricən regionlarda yerləşən universitetlərdə plan yerlərinin artırılacağı gözlənilir. Bu il Qarabağ Universitetində plan yerləri artırılıb. Regionlarda digər universitetlərin də qəbul imkanlarının genişləndirilməsi ilə Bakının yükünün azaldılması nəzərdə tutulur. Təhsil eksperti İlham Əhmədov Sfera.az -a açıqlamasında bildirib ki, region universitetlərində plan yerlərinin artırılmasının təhsilin
Media16.09.2026 17:19
Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub
Elm və təhsil naziri müəllimlərin geyimi ilə bağlı yeni qaydaların tətbiq ediləcəyini açıqlayıb. Artıq bəzi məktəblərdə müəllimlərin vahid geyim formasından istifadəsinə başlanılıb. Cəbrayıl rayonunun Horovlu kənd tam orta məktəbində də müəllimlər vahid geyim formasına keçiblər. Təhsil eksperti Məzahir Məmmədli Sfera.az -a açıqlamasında bildirib ki, yeni qaydanın mahiyyəti müəllimlərin məcburi şəkildə eyni geyim formasında olması ilə bağlı deyil. Onun sözlərinə görə, məsələ müəllimlərin müəyyən
Media16.09.2026 16:25
Xaricdən gələn tələbələr: Sadəcə universitetlər qazanmır
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artır. Rəsmi məlumatlara əsasən, 2025–2026-cı tədris ilində Azərbaycanda 120 ölkədən təxminən 9 min tələbə təhsil alıb. Əcnəbi tələbələrin əksəriyyəti təhsil haqqı ödəyərlər. Bu, onların təhsil aldığı universitetlərin maliyyə vəziyyətinin möhkəmlənməsinə kömək edir. Bəs Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmasından sadəcə universitetlər qazanır? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında
Media14.09.2026 15:08
Uşağı məktəbə qoyub işə necə çatmalı? - Valideynləri düşündürən sual
Yeni tədris ilinin başlaması ilə işləyən valideynlər üçün növbəti çətinlik yaranacaq. Xüsusilə övladı aşağı siniflərdə oxuyan valideynlər üçün uşağı məktəbə aparıb, sonra işə vaxtında çatmaq böyük şəhər həyatında "zamana qarşı yarışa" çevriləcək. Əmək bazarının sərt qaydaları ilə məktəb qrafiki arasında sıxışıb qalan valideynlər hər gün həm iş rejimini qorumaq, həm də övladının təhlükəsizliyini təmin etmək üçün ekstremal üsullara əl atmalı olacaqlar. Bəs bu gərgin rejimdə valideynlərin çıxış
Media14.09.2026 13:40
























