Fransada məktəblilərə zorakılıq: Etirazçılara sərt müdaxilə edildi - VİDEO
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərdə təhsil şəraitinin pisləşməsinə və büdcə ixtisarlarına etiraz edən məktəblilərin nümayişləri polisin sərt müdaxiləsi ilə nəticələnib.
Sfera.az xəbər verir ki, məktəb binalarının girişlərini bağlayan və küçələrə axışan şagirdlərə, müəllimlərə və valideynlərə qarşı xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qaz, dəyənək və fiziki güc tətbiq edib.
Hadisə yerindən çəkilən görüntülərdə asayiş keşikçilərinin qaçan və barrikadalar quran gəncləri təqib etdiyi, sipərlərlə sıxışdırdığı və saxlanılan şəxslərə sərt rəftar göstərdiyi aydın görünür. Aksiyalar zamanı yüzlərlə şəxs saxlanılıb, xeyli sayıda nümayişçi və polis əməkdaşı xəsarət alıb.
Təhsil müəssisələrindəki çatışmazlıqlara və büdcə kəsintilərinə qarşı başlayan bu etiraz dalğasının ölkə miqyasında davam edəcəyi gözlənilir.
Bəsti Rəfizadə






