Fransada etiraz dalğası: 130 məktəb bağlı, 1000-dən çox yaralı

Fransada etiraz dalğası: 130 məktəb bağlı, 1000-dən çox yaralı
Kateqoriya məlum deyil
T

Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlərin etirazları təxminən bir aydır davam edir.

Sfera.az xəbər verir ki, yerli medianın məlumatına görə, şagirdlər məktəblərə ayrılan büdcənin artırılmasını, əlavə müəllimlərin işə götürülməsini və təhsil infrastrukturunun yenilənməsini tələb edirlər.

Altı təhsil həmkarlar ittifaqı da hökumətin vədlərini yetərsiz hesab edərək işçiləri tətilə çağırıb. Fransa Təhsil Nazirliyinin məlumatına görə, etirazlar səbəbindən ölkə üzrə 130 məktəb bağlıdır.

Aksiyalar zamanı 6877 nəfər saxlanılıb, 21 nəfər həbs edilib, 1000-dən çox insan yaralanıb.


Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR