Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
Kateqoriya məlum deyil
T

Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlandığı iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə “oxu.az”a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Qeyd olunur ki, onlara məktəbin bağlanması ilə bağlı hər hansı bir xəbərdarlıq edilməyib:

"Məktəbin yerləşdiyi bina icarəyə götürülüb. Artıq üç gündür ki, dərslər dayandırılıb. Dəqiq səbəb göstərmirlər. Sadəcə bildirirlər ki, gözləmək lazımdır. Məktəbin binası əvvəllər çay evi olub. Sonradan təhsil müəssisəsinə çeviriblər. Hazırda nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur. Məktəbdə I, IX siniflər təhsil alır. Yeddi otaq var idi".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR