Polis
Fransada 2 600 polis və jandarm yaralanıb - RƏSMİ
Fransada sentyabr ayından etibarən keçirilən müxtəlif etiraz aksiyaları zamanı 2 600 polis və jandarm əməkdaşının yaralandığı bildirilib. Sfera.az xəbər verir ki, bu barədə Fransa polis həmkarlar ittifaqı “Alliance” təşkilatının baş katibi Fabien Vanhemelerik RTL radiosuna müsahibəsində məlumat verib. Onun sözlərinə görə, açıqlanan rəqəm xəsarətləri həkim tərəfindən təsdiqlənmiş hüquq-mühafizə orqanları əməkdaşlarını əhatə edir. Vanhemelerik bildirib ki, etiraz aksiyaları zamanı bəzi
Dünya13.11.2026 16:07
Pulunuz oğurlana bilər - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığını müşahidə edir. Sfera.az bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual
Cəmiyyət11.11.2026 19:15
Mingəçevirdə 21 yaşlı şəxs qonşusunu bıçaqladı
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Şəfa Bağları adlanan yaşayış massivində qeydə alınıb. 21 yaşlı Ələkbər Osmanov mübahisə zəmnində qonşusu 39 yaşlı Şahid Məmmədovu bıçaqlayıb. İlkin məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Ə.Osmanov saxlanılıb. Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanılıb./teleqraf
Kriminal05.11.2026 22:53
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirildi
Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib. Sfera.az xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib. Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb. Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar. İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.
Dünya05.11.2026 21:58
Fransada kütləvi etirazlar - 70 min polis səfərbər edildi
Fransada əməkhaqlarının artırılması və yaşayış xərclərinin bahalaşmasına etiraz olaraq ümumölkə tətili və kütləvi nümayişlər keçirilir. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin əsas həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar Paris, Lion və Marsel də daxil olmaqla bir sıra şəhərləri əhatə edib. Ölkə üzrə təxminən 260 etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Nümayişlərə yüz minlərlə insanın qatılacağı gözlənilir. Etirazlar səbəbindən yüzlərlə məktəbin fəaliyyəti
Dünya05.11.2026 16:45
Müsadirə edilən narkotik vasitələr çoxalıb - Ölkəyə daha çox haradan daxil olur?
2026-cı ilin ilk 9 ayında Azərbaycanda narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 4253 nəfər, bu ilin eyni dövründə isə 4352 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda, müsadirə edilən narkotik vasitələrin ümumi çəkisi də artıb. Maraqlıdır, müsadirə olunan narkotiklərin həcminin artması ölkəyə daha çox narkotik daxil olması ilə bağlı ola bilərmi? Əsas təhlükə hansı
Kriminal02.11.2026 16:22
İspaniyada dəhşətli qəza aksiyalara səbəb oldu - FOTO
İspaniyada azı 68 nəfərin həyatını itirdiyi sürət qatarı qəzasından sonra ölkədə üç günlük matəm elan edilib. Hadisədən sonra paytaxt Madriddə keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib. Sfera.az xəbər verir ki, qəza oktyabrın 28-də Madrid-Sevilya sürətli dəmir yolu xəttinin Toledo ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, qəzaya uğrayan qatarlardan birində 146, digərində isə 397 sərnişin olub. Toqquşma nəticəsində bir neçə vaqon relsdən
Dünya29.10.2026 14:13
Fransada etirazçılarla polis arasında toqquşma baş verdi
Fransanın Lion şəhərində etirazçılarla polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sfera.az xəbər verir ki, məlumata görə, Lionun mərkəzinə yaxın ərazidə yolu qısa müddətə bağlamağa çalışan təxminən 150 etirazçıya qarşı polis gözyaşardıcı qaz tətbiq edib. Həmin ərazidə nümayişlərin keçirilməsi qadağan olunub. Fransada etirazlar yaşayış xərclərinin artması, ictimai xidmətlərdəki problemlər və təhsil sahəsindəki çətinliklərlə bağlıdır.
Dünya24.10.2026 16:44
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb. Sfera.az xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub. Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Kriminal21.10.2026 20:36
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır
Fransada ötən həftəsonu baş verən zorakılıq və talan hadisələrindən sonra hökumət oktyabrın 24-də keçirilməsi gözlənilən nümayişlər zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır. Sfera.az xəbər verir ki, ölkənin daxili işlər naziri Loran Nunez nümayişlər zamanı hərbçilərin polis və jandarma ilə birgə yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, hərbçilər əsasən sabit nəzarət məntəqələrində xidmət aparacaq, polis və jandarma isə izdihamı nəzarətdə saxlamağa diqqət yetirəcək.
Dünya20.10.2026 23:13
Polis 30 ədəd müxtəlif çaplı patron aşkar etdi
Oktyabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Cəmiyyət13.10.2026 23:26
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü
Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib. F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb. M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır./apa
Kriminal07.10.2026 12:38
Fransada məktəblilərə zorakılıq: Etirazçılara sərt müdaxilə edildi - VİDEO
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərdə təhsil şəraitinin pisləşməsinə və büdcə ixtisarlarına etiraz edən məktəblilərin nümayişləri polisin sərt müdaxiləsi ilə nəticələnib. Sfera.az xəbər verir ki, məktəb binalarının girişlərini bağlayan və küçələrə axışan şagirdlərə, müəllimlərə və valideynlərə qarşı xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qaz, dəyənək və fiziki güc tətbiq edib. Hadisə yerindən çəkilən görüntülərdə asayiş keşikçilərinin qaçan və barrikadalar quran gəncləri
Dünya07.10.2026 11:31
Polis Siyəzəndə 14 nəfəri saxladı
Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 14 nəfər saxlanılıb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi silsilə tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan
Cəmiyyət05.10.2026 18:19
Polis ötən gün 57 nəfəri saxlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verib. Bildirilib ki, sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Kriminal26.09.2026 21:19
Şəmkirdə avtomobil qadını vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisə23.09.2026 21:18
30 yaşlı idmançı faciəli şəkildə öldü
Norveçli dağ qaçışçısı İda Ameli Robsam 30 yaşında faciəli şəkildə ölüb. Sfera.az xəbər verir ki, NRK-nın məlumatına görə, 19 sentyabr səhəri polisə Romsdalseggen silsiləsində gəzinti qrupunun üzvünün yıxıldığı barədə məlumat daxil olub. Onun on metrlərlə hündürlükdən yıxıldığı bildirilir. Zərərçəkənin Robsam olduğu müəyyən edilib. O, helikopterlə təxliyə edilib, lakin həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı Robsam son illərdə əhəmiyyətli uğurlar qazanaraq dünyanın elit dağ qaçışçıları
Hadisə22.09.2026 18:48
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gündəm19.09.2026 18:49
DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Hindistanın Uttar Pradeş ştatında bir kişi yatmış arvadını vəhşicəsinə qətlə yetirib. Sfera.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Cinayət sentyabrın 9-na keçən gecə törədilib. 28 yaşlı Naqma yatarkən əri Pərviz ona bıçaqla hücum edib və başını kəsib. Əməldən sonra kişi özü polis bölməsinə gələrək qətl törətdiyini etiraf edib. Gələn asayiş keşikçiləri meyiti götürərək məhkəmə-tibbi ekspertizasına göndəriblər. İstintaq məlumatına görə, cütlük təxminən 12 il bir yerdə yaşayıb. Bu
Kriminal17.09.2026 23:13
Cennifer Lopezə bənzəyən oğru diqqət çəkdi - FOTO
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan qadının polis bölməsinə çəkilən fotosu sosial şəbəkələrdə gündəm yaradıb. Buna səbəb onun məşhur müğənni və aktrisa Cennifer Lopezə qeyri-adi dərəcədə bənzəməsidir. Sfera.az xəbər verir ki, 35 yaşlı Sirena Enn Kvast avqustun 30-da Minnesotanın Montisello şəhərində mağazadan ümumi dəyəri təxminən 580 dollar olan iki dəst elektrik aləti batareyası oğurlamaqda şübhəli bilinərək saxlanılıb. “The Watch MN” kriminal şikayətə istinadən yazıb
Maqazin17.09.2026 16:53
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. Sfera.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır. Faktla bağlı Yevlax
Hadisə17.09.2026 00:13
“ChatGPT”-də oğlunu öldürmək planını paylaşan fermer saxlanıldı
Braziliyada 8 yaşlı oğlunu öldürmək, ictimai yerlərə hücum etmək və intihar etmək planlarını iki ay ərzində “ChatGPT” ilə bölüşən 36 yaşlı fermer saxlanılıb. Sfera.az xəbər verir ki, “OpenAI”şirkəti söhbətlər zamanı həyati təhlükə yarada biləcək riskləri müəyyən edərək ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verib. FBI isə Braziliya hakimiyyəti ilə əlaqə saxlayıb. İyunun 19-da San Qabriel-da-Palya şəhərində saxlanılan şübhəlinin evində aparılan axtarış zamanı tərkibi müəyyən edilməyən
Media16.09.2026 23:45
“Burunsuz adam” saxlanıldı – Avtomobildən çıxanlar hamını təəccübləndirdi
ABŞ-nin Florida ştatında adi yoxlama zamanı polis gözlənilməz halla qarşılaşıb. Saxlanılan şəxsin avtomobilində narkotik vasitələr, külli miqdarda nağd pul və seriya nömrəsi silinmiş silah aşkarlanıb. Sfera.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə sentyabrın 3-də Fort-Loderdeyl şəhərində baş verib. Polis ağ rəngli "Mercedes-Benz" markalı avtomobili saxlayıb. Avtomobildə 46 yaşlı Çarlz Vilson Pastore də olub. Doğuşdan burnu olmayan Pastore ətrafında “Burunsuz adam” kimi
Maraqlı15.09.2026 16:41
Bakıda sürücü faciəyə səbəb olacaqdı - VİDEO
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sürücülərə müraciət edib. Sfera.az xəbər verir ki, NİİM-dən bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən yol nişanlarına diqqət yetirməli, sürəti əvvəlcədən azaltmalı və qəfil əyləcləmədən çəkinməlidirlər. Bununla yanaşı, avtomobillər arasında təhlükəsiz məsafənin saxlanılmasının da vacib olduğu vurğulanıb. Mərkəz qeyd edib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşılması
Hadisə10.09.2026 15:51
























