Logo

Fransada 2 600 polis və jandarm yaralanıb - RƏSMİ

Fransada 2 600 polis və jandarm yaralanıb - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada sentyabr ayından etibarən keçirilən müxtəlif etiraz aksiyaları zamanı 2 600 polis və jandarm əməkdaşının yaralandığı bildirilib.

Sfera.az xəbər verir ki, bu barədə Fransa polis həmkarlar ittifaqı “Alliance” təşkilatının baş katibi Fabien Vanhemelerik RTL radiosuna müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, açıqlanan rəqəm xəsarətləri həkim tərəfindən təsdiqlənmiş hüquq-mühafizə orqanları əməkdaşlarını əhatə edir.

Vanhemelerik bildirib ki, etiraz aksiyaları zamanı bəzi əməkdaşlarda göz yanması və qulaqlarda küy kimi sağlamlıq problemləri yaranıb. O, polis və jandarm əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən ziddiyyətli əmrlər aldıqlarını, özlərini müdafiə etmək üçün isə lazımi vasitələrlə təmin olunmadıqlarını iddia edib.

Polis həmkarlar ittifaqının nümayəndəsi dövlət dəstəyinin və texniki təchizatın yetərsizliyinin əməkdaşların xəsarət almasına səbəb olduğunu vurğulayıb. O, aksiyalar zamanı müşahidə olunan zorakılıq səviyyəsinin narahatlıq doğurduğunu qeyd edib.

Vanhemelerikin məlumatına görə, Fransada polis əməkdaşlarının fəaliyyətinə nəzarət edən Milli Polis Baş Müfəttişliyi (IGPN) etirazların başlanmasından bəri 146 araşdırma başladıb. O, bu araşdırmaların polis əməkdaşlarının avtomatik olaraq təqsirli hesab edilməsi anlamına gəlmədiyini bildirib.

Bundan başqa, etiraz aksiyaları çərçivəsində təxminən 12 min nəfərin saxlanıldığı, 3-4 min nəfərin isə həbs edildiyi qeyd olunub.

Qeyd edək ki, Fransada lisey şagirdləri sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə aksiyalar keçirirlər. “Sarı jiletlilər” hərəkatının tərəfdarları isə oktyabrın 17-dən bəri yaşayış xərclərinin artmasına etiraz edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR