Şəmkirdə avtomobil qadını vurub öldürdü

Kateqoriya məlum deyil
T
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






