Logo

Fransada etirazçılarla polis arasında toqquşma baş verdi

Fransada etirazçılarla polis arasında toqquşma baş verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın Lion şəhərində etirazçılarla polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Sfera.az xəbər verir ki, məlumata görə, Lionun mərkəzinə yaxın ərazidə yolu qısa müddətə bağlamağa çalışan təxminən 150 etirazçıya qarşı polis gözyaşardıcı qaz tətbiq edib.

Həmin ərazidə nümayişlərin keçirilməsi qadağan olunub.

Fransada etirazlar yaşayış xərclərinin artması, ictimai xidmətlərdəki problemlər və təhsil sahəsindəki çətinliklərlə bağlıdır. Hakimiyyət ötən həftə nümayişlər zamanı baş verən iğtişaşların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Fransanın daxili işlər naziri Laurent Nunezin açıqlamasına görə, oktyabrın 24-də ölkə üzrə 70 min polis əməkdaşı səfərbər edilib. Bir sıra şəhərlərdə nümayişlərə məhdudiyyətlər qoyulub./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR