30 yaşlı idmançı faciəli şəkildə öldü

Norveçli dağ qaçışçısı İda Ameli Robsam 30 yaşında faciəli şəkildə ölüb.
Sfera.az xəbər verir ki, NRK-nın məlumatına görə, 19 sentyabr səhəri polisə Romsdalseggen silsiləsində gəzinti qrupunun üzvünün yıxıldığı barədə məlumat daxil olub.
Onun on metrlərlə hündürlükdən yıxıldığı bildirilir.
Zərərçəkənin Robsam olduğu müəyyən edilib. O, helikopterlə təxliyə edilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
30 yaşlı Robsam son illərdə əhəmiyyətli uğurlar qazanaraq dünyanın elit dağ qaçışçıları arasında yer almışdı. O, ötən mövsüm Dünya Çempionatında dördüncü yeri tutaraq uğurlu çıxış etmişdi. Bu nəticə ona 2026-cı il mövsümündə “Asics Trail” komandası üçün yarı-peşəkar səviyyədə yarışmağa imkan vermişdi.
Robsam ən yaxşı nəticəsini 28 iyunda Mont-Blan marafonunda ikinci yeri tutaraq əldə edib. 2025-ci ilin dekabr ayında o, Valensiya marafonunu 2 saat 29 dəqiqə 57 saniyəyə başa vurub./publika






