“ChatGPT”-də oğlunu öldürmək planını paylaşan fermer saxlanıldı

Braziliyada 8 yaşlı oğlunu öldürmək, ictimai yerlərə hücum etmək və intihar etmək planlarını iki ay ərzində “ChatGPT” ilə bölüşən 36 yaşlı fermer saxlanılıb.
Sfera.az xəbər verir ki, “OpenAI”şirkəti söhbətlər zamanı həyati təhlükə yarada biləcək riskləri müəyyən edərək ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verib. FBI isə Braziliya hakimiyyəti ilə əlaqə saxlayıb.
İyunun 19-da San Qabriel-da-Palya şəhərində saxlanılan şübhəlinin evində aparılan axtarış zamanı tərkibi müəyyən edilməyən maddələr olan şüşələr və düyünlənmiş kəndir aşkarlanıb.
Polis bildirib ki, fermer aliment ödənişləri ilə bağlı yaranan qəzəb səbəbindən oğlunu öldürməyi planlaşdırıb. Onun təhlükəli maddələr, o cümlədən risin zəhəri barədə araşdırmalar apardığı da qeyd olunub.
Şübhəlinin vəkili isə müvəkkilinin heç bir əməli həyata keçirmədiyini və süni intellektə sadəcə “cəfəngiyyatlar yazdığını” bildirib.
54 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılan fermerə elektron qolbaq tətbiq edilib.
Hadisə süni intellekt şirkətlərinin istifadəçi məlumatlarını hüquq-mühafizə orqanları ilə paylaşması məsələsini də gündəmə gətirib. Hüquqşünaslar belə müdaxilələrin yalnız konkret və yaxın təhlükə olduğu hallarda həyata keçirilməli olduğunu vurğulayıblar.
Mənsumə






