Azərbaycan
Milli Məclisin plenar iclası başladı - GÜNDƏLİK
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Siyasət30.10.2026 11:01
Bakıda uşaq və xanım idmançıların karate seminarı keçirildi - FOTOLAR
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Karate (WKF) üzrə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar üçün seminar keçirilib. Sfera.az xəbər verir ki, seminarda yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox xanım karateçi iştirak edib. Seminarın açılış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Federasiyanın İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
İdman25.10.2026 18:26
Azərbaycan kakao ixracını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. Sfera.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçinin 11 milyon 174 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 28,4 % çoxdur. Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,79 %-ni, ixrac isə ölkənin
İqtisadiyyat24.10.2026 16:08
Azərbaycan yanacağı Ermənistanda qiymətləri 20–30 faiz azaldıb - Səfir
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda hələ də müəyyən çağırışlar mövcuddur. Azərbaycan üçün Ermənistanın Konstitusiyasından Azərbaycanın ərazilərinə qarşı ərazi iddialarına dair istinadları rəsmi şəkildə və birdəfəlik çıxarması mühüm əhəmiyyət kəsb edir. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun "The Telegraph"da dərc olunan məqaləsində qeyd
Siyasət24.10.2026 14:27
Azərbaycan İordaniyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib. Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib. "Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik. İordaniya ilə həmrəyliyimizi ifadə edir,
Siyasət24.10.2026 12:16
Azərbaycan nefti yenidən bahalaşdı - Son QİYMƏT
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Sfera.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,64 ABŞ dolları və ya 3,8% artaraq bir barel üçün 126.59 ABŞ dollarına çatıb. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İqtisadiyyat24.10.2026 10:57
Baş nazir qərar imzaladı
Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdiqləyib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qayda "Texniki tənzimləmə haqqında" qanunun 13.11-ci maddəsinə uyğun olaraq texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
Cəmiyyət23.10.2026 19:43
Milli Məclisin plenar iclası keçirilir
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında; 2. “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
Siyasət23.10.2026 11:03
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pislədi
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir. Sfera.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib. Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai
Cəmiyyət22.10.2026 22:25
Göydəniz Qəhrəmanov: “Sülhün hüquqi əsaslarının tam formalaşdırılması üçün mövcud maneələrin aradan qaldırılması vacibdir”
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi bir həqiqəti aydın şəkildə ortaya qoyur: əldə edilmiş razılaşmaların real nəticələrə çevrilməsi üçün Ermənistan tərəfindən siyasi bəyanatlardan daha çox konkret addımlara ehtiyac var. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm imkanlar yaranıb, faktiki sülh şəraiti formalaşıb. Lakin bu imkanların uzunmüddətli və hüquqi baxımdan möhkəm münasibətlər sisteminə çevrilməsi tərəflərin üzərlərinə götürdükləri
Cəmiyyət22.10.2026 21:50
Azərbaycan müdafiə sənayesində tərəfdaşlarını genişləndirir: 4 ölkə ilə əməkdaşlıq nə vəd edir?
Azərbaycanın müdafiə və hərbi-texniki sahədə beynəlxalq tərəfdaşlıqları müxtəlif istiqamətlər üzrə inkişaf edir. Türkiyə ilə strateji müttəfiqlikdən əlavə, Pakistan, İsrail, İtaliya və Özbəkistanla əlaqələr də ölkənin hərbi imkanlarının gücləndirilməsi, təcrübə mübadiləsi və yeni texnologiyalara çıxış baxımından diqqət çəkir. Sfera.az xəbər verir ki, bu ölkələrlə əməkdaşlığın formatı və miqyası fərqlidir. Bəzi tərəfdaşlarla hərbi-texniki əlaqələr və müdafiə texnologiyaları ön plana çıxır,
Siyasət22.10.2026 19:38
Azərbaycan XİN xəbərdarlıq etdi: Bu ölkəyə getməyin!
“Fransada son günlər iğtişaşların, zorakılıq hallarının və vətəndaş itaətsizliyi faktlarının geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərə isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur”. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət
Siyasət20.10.2026 19:56
Pensiya kapitalından 5 faiz kəsilir? – Yeni dəyişiklik gündəmdə
““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliyə əsasən, məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi vətəndaşların gələcək pensiya təminatına təsir göstərə bilər”. Sfera.az bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabirin
İqtisadiyyat20.10.2026 19:25
AKP-dən gələn dini mesajlar: Bu açıqlamalar kimə xidmət edir?
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycandakı sosial-dini məsələlər ilə bağlı verdiyi bəyanatlar fərqli siyasi müzakirələrə yol açır. Bəzi siyasi müşahidəçilər bu açıqlamaların təsadüfi olmadığını, müəyyən məqsədə xidmət etdiyini bildirirlər. Bəs bu açıqlamalar hansı məqsədlərə xidmət edir? Həmin açıqlamaları xalqın mövqeyi kimi təqdim etmək nə dərəcədə doğrudur? Siyasi şərhçi Taleh Əliyev Sfera.az -a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə
Gündəm20.10.2026 13:52
Ankara-Bakı münasibətləri: Gərginliyi kim yaradıb? - VİDEO
Türkiyənin "Haber Global" telekanalında Azərbaycan və Türkiyə arasında mümkün gərginliyin səbəbləri, regional güclərin maraqları və iki ölkənin strateji tərəfdaşlığı müzakirə olunub. Sfera.az xəbər verir ki, Saynur Tezelin təqdim etdiyi proqramda İstanbul Gelişim Universitetinin müəllimi, doktor Ali Semin, politoloq professor Oğuzhan Bilgin, xarici siyasət üzrə ekspert Gülru Gezer və siyasi tarixçi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün
Gündəm20.10.2026 11:32
Xəzərin Azərbaycan sahillərində ƏMƏLİYYAT
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sfera.az -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr
Cəmiyyət19.10.2026 20:46
Bizi kim düşmən etmək istəyir?
Bəzən iki dost ölkənin arasına nifaq salmaq üçün böyük hadisələrə, ciddi böhranlara ehtiyac olmur. Bir mübahisəli mövzu, kontekstdən çıxarılan fikir, emosional ittiham və sosial şəbəkələrdə böyüdülən müzakirə də kifayət edir. Bir də baxırsan ki, illərlə bir-birinə qardaş deyən insanlar üz-üzə dayanıb, hər kəs qarşı tərəfdə günahkar axtarır. Son günlər Azərbaycanda hicabla bağlı müzakirələrin ətrafında yaranan gərginlik də belə bir mənzərə ortaya çıxarıb... Sadəcə maraqlı məqam budur ki, ortada
Siyasət19.10.2026 13:31
"Xüsusilə müsəlman ölkələri tərəfindən bizə qarşı belə addım qəbuledilməzdir"
Məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələr son dövrlər Azərbaycan və Türkiyə ilə bağlı müzakirələrdə gündəmə gələn mövzulardan biridir. Mövzu ətrafında səsləndirilən fikirlər, xüsusilə sərt açıqlamalar bu məsələnin iki ölkə arasındakı münasibətlər kontekstində də müzakirəsinə səbəb olur. Bəs hicab məsələsinin Bakı-Ankara münasibətlərində gündəmə gətirilməsinin səbəbi nədir? Bu haqa Milli Məclisin deputatı Ceyhun Məmmədov Sfera.az -a açıqlama verib. Onun sözlərinə əsasən,
Siyasət19.10.2026 12:36
Nazir onu prorektor təyin etdi - FOTO
ADNSU-ya maliyyə-təsərrüfat işləri üzrə prorektor təyin edilib. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.
Cəmiyyət16.10.2026 18:13
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları
Siyasət16.10.2026 11:00
Azərbaycan-İsrail münasibətləri: "Bakı müstəqil siyasi xətt yürüdür"
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Rəsmi məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə ediblər. Görüş fonunda Azərbaycanın İsraillə əməkdaşlığının regional təhlükəsizlik və İranla münasibətlər baxımından yaratdığı imkanlar diqqət çəkir. İsrail rəhbərinin Azərbaycana səfəri və keçirilən görüşlərlə bağlı fikirlərini Sfera.az -la bölüşən politoloq Abutalıb Səmədov bildirib ki,
Siyasət15.10.2026 13:09
Dövlət Baxçalıdan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: “İmkan verməyəcəyik”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və Türkiyənin təşkilata gözlənilən dövr sədrliyi ilə bağlı geniş mətbuat açıqlaması yayıb. MHP lideri bəyan edib ki, oktyabr ayının son həftəsində Ankarada keçiriləcək TDT-nin Zirvə Görüşündə dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi Türk dünyasının ortaq hədəfləri baxımından mühüm məsuliyyət və tarixi fürsətdir. Sfera.az xəbər verir ki, Baxçalı bəyanatında Azərbaycan ilə
Siyasət14.10.2026 18:42
Çinlə ticarətdə kəsir verən ölkələr: Siyahıda Azərbaycan da var
Çinin xarici ticarət profisiti (ixracın idxalı üstələməsi), ilin ilk doqquz ayında 938 milyard dollara çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 138 milyard dollar artıb. Bu artım göstərir ki, Çin keçən il xarici ticarət profisitində qırdığı rekordu 2026-cı ildə təzələyəcək. Sfera.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, ilin ilk 9 ayında Çinin ümumi ticarət həcmi 5,97 trilyon dollar olub. Bunun 3,37 trilyon dolları ixrac, 2,43 trilyon dolları
İqtisadiyyat14.10.2026 12:10
Əhalinin borc yükü artır
Bu il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il iyulun 1-i ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 % olub. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. “Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı
İqtisadiyyat13.10.2026 23:33























