AKP-dən gələn dini mesajlar: Bu açıqlamalar kimə xidmət edir?

AKP-dən gələn dini mesajlar: Bu açıqlamalar kimə xidmət edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycandakı sosial-dini məsələlər ilə bağlı verdiyi bəyanatlar fərqli siyasi müzakirələrə yol açır. Bəzi siyasi müşahidəçilər bu açıqlamaların təsadüfi olmadığını, müəyyən məqsədə xidmət etdiyini bildirirlər.

Bəs bu açıqlamalar hansı məqsədlərə xidmət edir? Həmin açıqlamaları xalqın mövqeyi kimi təqdim etmək nə dərəcədə doğrudur?

Siyasi şərhçi Taleh Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində mövcud fikir ayrılıqlarından qarşılıqlı ittihamlar üçün istifadə etmək və bu yolla iki ölkə arasındakı əlaqələrə xələl gətirə biləcək açıqlamalar vermək doğru yanaşma deyil.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə tərəfindən bu cür bəyanatların səsləndirilməsi iki dövlətin və xalqın maraqlarına uyğun deyil:

“Əksinə, münasibətlərin gərginləşməsindən qazanan tərəflər Azərbaycan və Türkiyəyə, eləcə də Türk dünyasına qarşı olan üçüncü qüvvələrdir. Bu məsələdə qarşılıqlı ittihamlara yol verilməsini qəbuledilməz hesab edirəm. Azərbaycan və Türkiyə arasındakı münasibətlər yalnız siyasi dairələrin açıqlamaları ilə məhdudlaşmır. Bu əlaqələr ortaq tarixə, mədəni və mənəvi yaxınlığa, qarşılıqlı etimada və müxtəlif sahələrdə formalaşmış əməkdaşlığa əsaslanır. Buna görə də ayrı-ayrı məsələlər ətrafında yaranan mübahisələrin iki xalq arasında münasibətlərə mənfi təsir göstərməsinə yol vermək olmaz”.

AKP-dən gələn dini mesajlar: Bu açıqlamalar kimə xidmət edir?

Siyasi şərhçi vurğulayıb ki, AKP-nin mövqeyini bütövlükdə Azərbaycan dövlətinə qarşı yönəlmiş siyasət kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, Türkiyə cəmiyyətində Azərbaycana qarşı qərəzli fikirlərin mövcudluğu danılmaz olsa da, bu cür yanaşmalar nə Türkiyə dövlətinin, nə də hakim AKP-nin rəsmi mövqeyini ifadə edir:

“Ayrı-ayrı şəxslərin və ya qrupların fikirlərini bütövlükdə Türkiyə dövlətinin və xalqının mövqeyi kimi təqdim etmək Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini düzgün əks etdirmir. Belə məqamlarda əsas diqqət fikir ayrılıqlarını dərinləşdirməyə deyil, qarşılıqlı anlaşmanı qorumağa və mübahisəli məsələlərin sağlam dialoq vasitəsilə müzakirəsinə yönəldilməlidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR