Azərbaycan nefti yenidən bahalaşdı - Son QİYMƏT
Kateqoriya məlum deyil
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Sfera.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,64 ABŞ dolları və ya 3,8% artaraq bir barel üçün 126.59 ABŞ dollarına çatıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Açar sözlər:






